Atəşgah Sığorta Şirkəti

SQL-Developer

Bu gün

100

Təsvir

Vəzifə öhdəlikləri:

  • MS SQL Server ilə iş
  • Proqramçıların hazırladığı SQL sorğuların analiz və tənzimlənməsi;
  • Böyük mürəkkəb SQL sorğuların optimallaşdırılması;
  • Verilənlər bazalarının monitorinq edilərək performans tənzimlənməsi işlərinin görülməsi;
  • Mövcud məlumatları, cədvəlləri, sorğuları, prosedurları, hesabatları və s. (functions, indexes, jobs) təhlil etməsi;
  • Verilənlər bazası, cədvəllər və sorğuların sənədləşdirilməsi;
  • Bir verilənlər bazasının başqa bir verilənlər bazasına (məlumatların) miqrasiya edilməsi;
  • Müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı hesabatların hazırlanması;
  • Biznesin tələbinə uyğun yeni hesabatların yazılması və mövcud hesabatlara dəyişiklik edilməsi.

Tələblər

Namizədə tələblər:

  • Təhsil: Ali
  • İş təcrübəsi: ən azı 1 il müvafiq sahə üzrə
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis dili ( texniki ), Rus (arzuolunandır)
  • SQL (MSSQL, T-SQL) dilini yüksək səviyyədə bilmək;
  • SQL serverin işləmə prinsipləri üzrə dərin biliklər;
  • Məlumat bazasının strukturu üzrə biliklər;
  • Verilənlər bazası sxemini, cədvəlləri və əlaqələri yaratmaq və dəyişdirmək bacarığı;
  • Verilənlər bazası dizaynı və normallaşdırma prinsipləri sahəsində təcrübə;
  • Digər RDBMS ilə işləmə bacarığı (Oracle,MySQL,PostgreSQL və.s) arzuolunandır;
  • Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot bilikləri arzuolunandır;
  • Extract, Transform, Load (ETL) prosesləri və alətləri ilə iş təcrübəsi arzuolunandır.

İş şərtləri:

  • İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V-gün 09:00 - 17:00
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərməzdən öncə iş elanı ilə ətraflı tanış olun.
  • Namizədliyin baxılmasında CV forması mühüm rol oynayır. Xahiş edirik, CV-nizi düzgün və peşəkar şəkildə hazırlayın.
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


Vakansiya haqqında

Son tarix

May 30, 2025

Paylaşılıb

may 19, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik