Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Daxili Kommunikasiya və tədbirlərin təşkili üzrə aparıcı/böyük mütəxəssis

Daxili Kommunikasiya və tədbirlərin təşkili üzrə aparıcı/böyük mütəxəssis

23-01-2025

1.5K

Təsvir

  • İşçilərin məlumatlandırılması və daxili kommunikasiyanın gücləndirilməsi üçün müxtəlif təşəbbüslərin irəli sürülməsi və icrasında iştirak.
  • Şirkət daxilində müxtəlif tədbirlərin (korporativ tədbirlər və s.) planlaşdırılmaısnda və icrasında iştirak.
  • Tədbirlərin effektiv planlaşdırılması, resursların düzgün bölgüsü, vaxtın idarə edilməsi və tədbirin icrasına nəzarət etmək.
  • Daxili kommunikasiya, tədbirlərin təşkili və sair aidiyyatı məsələlərlə bağlı daxili sorğuların keçirilməsi, məlumatların toplanması və analitikasının təmin edilməsi.
  • Analitik nəticələrə əsaslanaraq Agentlikdə daxili kommunikasiya və əməkdaşlıq səviyyəsini yaxşılaşdırmaq üçün təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Daxili kommunikasiya kanallarının (intranet, elektron poçt və s.) effektiv idarə olunmasıni təmin etmək.
  • İşəgötürən brend imicinin qorunması və inkişafı üçün müvafiq tədbirlərin görülməsi.

Tələblər

  • Daxili kommunikasiya və tədbirlərin təşkili sahəsində min. 2 il təcrübə.
  • Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları.
  • Məlumatları analiz edərək nəticələr çıxarmaq qabiliyyəti.
  • Fərqli şöbələrlə əməkdaşlıq etmək bacarığı.
  • İctimai şəbəkə platformaları və kommunikasiya proqramlarından istifadə bacarığı.
  • Azərbaycan dili (mükəmməl), İnglis dili (B2), Rus dili (B2)
  • Microsoft Office (Word, Excel, PowerPoint) və Task management proqramlarından yüksək səviyyədə istifadə bacarığı.

Vakansiya haqqında

Son tarix

mart 9, 2025

Paylaşılıb

yanvar 23, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Təhsil

Bakalavr

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr