Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Mütəxəssis (ictimai nəqliyyatın təhlili və monitorinqi üzrə)

Mütəxəssis (ictimai nəqliyyatın təhlili və monitorinqi üzrə)

22-04-2025

804

Təsvir

  • Gündəlik xəttə çıxan avtobusların sayına sistem üzərindən nəzarət olunması;
  • Xətdən kənar fəaliyyət göstərən avtobusların sistem məlumatları əsasında müəyyənləşdirilməsi;
  • Sürət həddinin aşılması hallarının təhlili və hesabatlandırılması;
  • Sürücü İD-lərinin düzgün istifadəsinə və marşrut seçiminə nəzarət olunması;
  • Nağdsız ödəniş cihazlarından daxil olan məlumatların monitorinqi;
  • Marşrut şəbəkəsinin səmərəliliyi, intervallar, təkrar yüklənmə və sərnişin axını ilə bağlı təhlillərin aparılması;
  • Gündəlik və aylıq hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması;
  • Qrafik pozuntuları, texniki nasazlıqlar və gecikmə səbəblərinin araşdırılması;
  • Aylıq marşrut performansı, intervallar, doluluq və qayda pozuntuları üzrə təhlil hesabatlarının hazırlanması.


Tələblər

  • Ali təhsil;
  • MS Excel proqramında yüksək səviyyəli biliklər (Pivot table, formulalar, diaqramlar və s.);
  • Power BI, Tableau, Python və ya R kimi analitik alətlər üzrə biliklər əlavə üstünlük hesab olunur;
  • Verilənlərə əsaslanan analiz, hesabatlandırma və vizuallaşdırma bacarığı;
  • Məlumatların emalı, sistemləşdirilməsi və təqdimatı üzrə təcrübə;
  • Komanda ilə effektiv işləmək bacarığı;
  • Yüksək məsuliyyət;
  • Analitik düşüncə;
  • Problem həll etmə bacarığı;
  • Rus və İngilis dili bilikləri üstünlükdür;
  • Nəqliyyat sahəsində təcrübə üstünlükdür.

Vakansiya haqqında

Son tarix

June 1, 2025

Paylaşılıb

aprel 22, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik