"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
CRM kampaniyalarının idarəedilməsi üzrə mütəxəssis

CRM kampaniyalarının idarəedilməsi üzrə mütəxəssis

Dünən

402

Təsvir

  • Kampaniyaları və xüsusi təklifləri tam proses boyunca idarə etmək, kampaniya brifinin hazırlanmasından başlayaraq rəy toplanmasına qədər olan bütün mərhələlərdə rəhbərlik etmək;
  • Marketinq və CRM komandaları ilə əməkdaşlıq edərək konkret kampaniyalar üçün hədəf seqmentləri müəyyənləşdirmək və bütün kampaniya elementlərinin uyğunluğunu təmin etmək;
  • Rəqəmsal inkişaf və dizayn komandaları ilə birgə çalışaraq xüsusi vizuallar və açılış səhifələri yaratmaq, yaradıcı prosesi idarə etmək və kampaniya mesajını effektiv çatdırmaq;
  • Müəyyən edilmiş hədəf auditoriyası üçün müştəri kommunikasiyası ssenarilərini tam olaraq planlaşdırmaq, əsas qaydaları, təkanverici amilləri və əsas hadisələri detallı şəkildə izləmək;
  • Mesajlar, vizuallar və təkliflər kimi kampaniya elementlərinin optimallaşdırılması üçün A/B testləri həyata keçirmək və nəticələri təhlil edərək ən təsirli strategiyalar haqqında qərar vermək.

Tələblər

  • Təhsil: Bakalavr, Magistr (üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dili – Əla, İngilis dili – əla, Rus dili –üstünlük;
  • Proqram bilikləri: Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – əla səviyyədə);
  • Təqdimat bacarığı;
  • Güclü ünsiyyət və danışıqların aparılması bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmə və adaptasiya bacarığı;
  • Zamanın idarə edilməsi, təşəbbüskarlıq və müstəqil işləmə qabiliyyəti.


İş şəraiti: 


  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.


Vakansiya haqqında

Son tarix

April 6, 2025

Paylaşılıb

mart 11, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik