Şirkətin mövcud ESG (Environmental, Social, Governance) və dayanıqlılıq strategiyası üzrə hesabatlılığın təmin edilməsi, xüsusilə də dayanıqlı aviasiya – hava yolları və hava limanlarında ətraf mühitə təsirin və karbon emissiyalarının azaldılması tədbirlərinin beynəlxalq hesabat tələblərinə uyğunluğunun qorunması;
Şirkətin ESG sahəsində sertifikatlaşdırma proseslərinin həyata keçirilməsinə dəstək göstərmək;
ESG və dayanıqlılıq üzrə beynəlxalq hesabat standartlarını (GRI, SASB, CSRD və s.) bilmək və hesabatlılıq platformasının inkişafına töhfə vermək;
ESG və dayanıqlı inkişaf üzrə illik və dövri hesabatların hazırlanmasına və təhlilinə dəstək olmaq;
Beynəlxalq sertifikatlaşdırma proseslərində (ACA, IEnVA, ESG reytinq agentlikləri və s.) iştirak edərək texniki dəstək göstərmək;
Şirkətin dayanıqlılıq üzrə beynəlxalq sertifikatlar əldə etməsinə və ESG tələblərinə daimi uyğunluğun təmin olunmasına yardım etmək;
ESG üzrə beynəlxalq çərçivələrə (GHG Protocol, TCFD və s.) uyğun məlumatların araşdırılması və hesabatlılığın təmin edilməsinə dəstək göstərmək;
ESG və dayanıqlılıq sahəsində beynəlxalq və yerli normativ-hüquqi tələblərin izlənilməsi və onlara uyğunluğun təmin edilməsinə yardım etmək;
ESG məlumatlarının idarə olunması və müvafiq tərəfdaşlarla əməkdaşlıq edərək aviaşirkətin dayanıqlılıq hesabatı və sertifikatlaşdırması üçün zəruri məlumatların toplanılması və emalında iştirak etmək;
Xarici audit və sertifikatlaşdırma təşkilatları, ESG reytinq agentlikləri (MSCI, Sustainalytics, ISS ESG və s.) ilə əməkdaşlıq prosesində texniki dəstək göstərmək.
Tələblər
Ali təhsil (bakalavr dərəcəsi), Magistr dərəcəsi üstünlükdür;
Azərbaycan dili səlis, ingilis dili yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
Müvafiq iş təcrübəsi – minimum 1 il;
GRI Professional Certification Program sertifikatı və ya digər müvafiq sertifikatlar;
Güclü ünsiyyət və problem həll etmə bacarıqları;
Çoxsaylı tapşırıqları yerinə yetirmək və sürətli iş mühitində işləmək bacarığı;
Analitik düşünmə və əməliyyatların optimallaşdırılması qabiliyyəti;
Öyrənmə qabiliyyəti və dəyişikliklərə uyğunlaşma bacarığı;