"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
İT Xidmətlərinin İdarə Edilməsi üzrə Rəis müavini

İT Xidmətlərinin İdarə Edilməsi üzrə Rəis müavini

Bu gün

271

Təsvir

  • İT xidmətlərinin uçdan-uca (end-to-end) təqdim olunmasına nəzarət etmək, xidmətlərin razılaşdırılmış xidmət səviyyəsi razılaşmalarına (SLA) və əməliyyat səviyyəsi razılaşmalarına (OLA) uyğunluğunu təmin etmək;
  • Xidmət performans göstəricilərini və KPI-ları izləmək, davamlı təkmilləşdirmə təşəbbüslərini həyata keçirmək;
  • Xidmət kataloqlarını idarə etmək, xidmətlərin düzgün sənədləşdirilməsini və kommunikasiyasını təmin etmək;
  • Change Enablement prosesini icra etmək, Change Manager rolunu yerinə yetirmək və Change Advisory Board (CAB) fəaliyyətini təşkil etmək;
  • Incident Management, Problem Management, Change Enablement, Service Request Management və digər ITIL praktikalarının tətbiqinə və icrasına rəhbərlik etmək;
  • ITIL metodologiyalarından istifadə etməklə davamlı təkmilləşdirmə təşəbbüslərini həyata keçirmək;
  • Xidmətlərin fasiləsiz və səmərəli təqdim olunması üçün ITIL praktikaları arasında düzgün inteqrasiyanı təmin etmək;
  • Proses sənədlərinin və prosedurların saxlanılmasını və mütəmadi yenilənməsini təmin etmək;
  • Maraqlı tərəflərlə (stakeholders) mütəmadi xidmət icmalı (service review) görüşlərini təşkil etmək;
  • Xidmətlərin effektiv təqdim olunmasını dəstəkləmək məqsədilə biliklərin idarə olunması (Knowledge Management) sistemini idarə etmək.


IT Governance:


  • COBIT, ITIL, ISO 20000, ISO 27001 və ya oxşar çərçivələrə uyğun olaraq IT governance siyasətlərini, standartlarını və prosedurlarını hazırlamaq və tətbiq etmək;
  • Tənzimləyici tələblərə, sənaye standartlarına və təşkilatın daxili siyasətlərinə uyğunluğu təmin etmək;
  • İT xidmətlərinin ISO 27001 informasiya təhlükəsizliyi idarəetm tələblərinə uyğunluğunu təmin etmək, xidmətlərə müvafiq təhlükəsizlik nəzarət mexanizmlərini və risk idarəetmə praktikalarını inteqrasiya etmək;
  • Xidmətlərin dizaynı, keçidi və əməliyyat mərhələlərində məlumat aktivlərinin məxfiliyinin, bütövlüyünün və əlçatanlığının (CIA) qorunmasını təmin etmək;
  • İT xidmətlərinin idarə olunması prosesləri üzrə mütəmadi audit və qiymətləndirmələr aparmaq;
  • Xidmətlərin təqdim edilməsi ilə bağlı risklərin qiymətləndirilməsi və azaldılması (mitigasiya) strategiyalarını idarə etmək;
  • Yuxarı rəhbərlik və maraqlı tərəflər üçün IT governance hesabatlarını hazırlamaq;
  • Siyasətlər, standartlar və təlimatlar daxil olmaqla governance sənədlərini formalaşdırmaq və qorumaq.



Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • İT Xidmətlərinin İdarə Edilməsi (IT Service Management), IT Governance və ya Proses Arxitekturası sahələrində minimum 5 il iş təcrübəsi;
  • Sertifikatlar : ITIL Managing Professional, ITIL Strategic Leader, ISO/IEC 20000 Lead Implementer, COBIT 2019, ISO/IEC 27001 Lead Implementer/Auditor, CISA, CISM, CRISC, PRINCE2, PMP və ITSM platforma üzrə müvafiq sertifikatlar üstünlükdür;
  • ITIL çərçivəsi və ISO/IEC 20000 prinsipləri üzrə güclü nəzəri və praktiki biliklər;
  • ITSM platformalarının dizaynı və ya optimallaşdırılması sahəsində sübut olunmuş təcrübə (məsələn: ServiceNow, Jira Service Management, ManageEngine, BMC Remedy və s.) ;
  • Proseslərin inteqrasiyası, KPI, SLA və OLA idarəetməsi üzrə anlayış və praktiki biliklər;
  • Güclü analitik düşünmə və sənədləşdirmə bacarıqları;
  • Həm texniki, həm də biznes tərəfdaşları ilə effektiv ünsiyyət qurmaq və maraqlı tərəflərin (stakeholder) idarə olunması bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).

 

 

 

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

January 4, 2026

Paylaşılıb

dekabr 29, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik