Gömrükdən daxil olan ehtiyat hissələrinin aidiyyəti üzrə qaimələrlə yoxlanılmasını və sayılmasını təmin etmək;
Aidiyyəti şəxsləri daxil olan qaimələr barədə elektron formada məlumatlandırmaq;
Anbara daxil olan aviahissələrdə hər hansı problem aşkar edildikdə bu barədə dərhal Təchizat şöbəsinə elektron poçt vasitəsilə məlumat vermək, problemin həllini tələb etmək və aviahissəni karantin zonaya yerləşdirmək;
Şübhəli və təsdiqlənməyən aviahissə (SUP) anbara daxil olduqda, bu barədə Təchizat şöbəsinə məlumat vermək və aviahissəni karantin zonaya yerləşdirmək;
Karantin zonada yerləşdirilən ehtiyat hissələrinin karantin siyahısında və sistemdə qeydiyyatını aparmaq;
Ehtiyat hissələrinin qəbulu prosesini həyata keçirmək (vizual yoxlama, sənədlərin düzgünlüyü, gömrük fakturası ilə uyğunluq);
Qəbul olunmuş hissələrin AMASIS sistemində dəqiq məlumatlarının (p/n, s/n, rəf yeri, son istismar müddəti və s.) qeyd edilməsini və rəflərə yerləşdirilməsini təmin etmək;
Ayda ən azı iki dəfə anbardaxili auditin keçirilməsini və nəticələrinin yazılı şəkildə təqdim edilməsini təmin etmək.
Tələblər
Təhsil: Ali təhsil;
Dil bilikləri: Azərbaycan dili - Ana dili; İngilis dili – yaxşı səviyyə;