"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Qəbələ BHL, Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik/avionik (B-3) proqramı

Qəbələ BHL, Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik/avionik (B-3) proqramı

11-02-2025

1.4K

Təsvir

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik/avionik (B-3) kursları” na qəbul elan edir.


Proqramın müddəti: 8-11 ay (1000 saat)

Tədris dili: İngilis dili 


Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara, AAQ-147 tələblərinə uyğun fəaliyyət göstərən "Texniki xidmət üzrə Təlim təşkilatı" tərəfindən Tanınma Sertifikatı təqdim ediləcəkdir. “Tanınma Sertifikatı” almış şəxslər Qəbələ BHL - da Cessna 172S hava gəmilərinə texniki xidmətlə bağlı müvafiq peşə kateqoriyaları üzrə işlə təmin olunacaqlar.  İş təcrübəsi və ixtisas səviyyəsinə uyğun olaraq, həmin şəxslər gələcəkdə "Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi"ni də əldə edə biləcəklər.

Tələblər

Proqramda iştirak üçün namizədlərə olan tələblər:


  • Tələblər: Ali/ orta təhsil
  • Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili- əla
  • Riyaziyyat/Cəbr biliyi: Orta məktəb proqramı səviyyəsində
  • Fizika biliyi: Orta məktəb proqramı səviyyəsində
  • Yaş: 21-30 yaş arası
  • İş yeri: Qəbələ BHL


Qeyd: Tələblərə cavab verən namizədlər əvvəlcə Aviasiya mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibə ediləcəklər. Müsahibədən müvəffəqiyyətlə keçən namizədlərin İngilis dili və Fizika, Riyaziyyat (azərbaycan dilində) üzrə bilikləri imtahan vasitəsilə yoxlanılacaq. İmtahandan uğurla keçən namizədlər proqrama cəlb ediləcəklər.

Vakansiya haqqında

Son tarix

mart 23, 2025

Paylaşılıb

fevral 11, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər