Hava limanının ümumi biznes məqsədləri ilə uzlaşan qeyri-aviasiya gəlir strategiyalarının hazırlanmasını və həyata keçirilməsini təmin etmək;
Gəlirlərin artırılması məqsədilə yeni kommersiya imkanlarını və tərəfdaşlıqları müəyyənləşdirmək;
İcarə tendensiyalarını, tələb amillərini və rəqabət mühitini qiymətləndirmək üçün bazar araşdırmaları və təhlillər aparmaq;
Pərakəndə satış, qida və içki, xidmətlər, reklam və parkinq sahələri ilə əlaqədar layihələrin planlaşdırılmasını və icrasını təşkil etmək;
Mövcud pərakəndə satış, qida və içki, xidmət təminatçıları ilə əməkdaşlığı idarə etmək, satış göstəricilərini izləmək və müqavilə öhdəliklərinə riayət olunmasını təmin etmək;
Sərnişin davranışı, alış-veriş tendensiyaları və qlobal kommersiya trendləri üzrə mütəmadi araşdırmalar aparmaq;
İllik büdcələrin və gəlir proqnozlarının hazırlanmasını təmin etmək, KPİ-lərin və maliyyə göstəricilərinin icrasına nəzarət etmək;
Potensial icarədarlarla icarə şərtləri, tariflər və mümkün güzəştlər barədə danışıqlar aparmaq;
İdarə heyətinə təqdim edilmək üçün dövri hesabatlar hazırlamaq;
Kommersiya sahələrinin optimal istifadəsini təmin etmək və icarədarların maraqları ilə sərnişin rahatlığını balanslaşdırmaq.
Tələblər
Marketinq, Biznes, Əmlak və ya əlaqəli sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
Hava limanları, ticarət mərkəzləri və ya pərakəndə satış sahəsində ən azı 7 il iş təcrübəsi;
Azərbaycan dili – mükəmməl, İngilis dili – yüksək səviyyədə;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Güclü ünsiyyət, danışıqlar aparmaq və təqdimat bacarıqları;
Qərarvermə, problem həlli və strateji düşünmə qabiliyyəti;
Komandada işləmək, dəyişikliklərə uyğunlaşmaq və idarəetmə bacarığı.