"Azərbaycan Hava Yolları" QSC

Rabitə mühəndisi

Bu gün

10

Təsvir

  • Hava limanında rabitə avadanlıqlarının fasiləsiz, etibarlı və səmərəli fəaliyyətini təmin etmək;
  • Rabitə sistemlərinin və kabel-xətt qurğularının texniki vəziyyətinə mütəmadi nəzarət etmək;
  • Kabel-xətt qurğularında yaranan nasazlıqları operativ şəkildə aşkar etmək və aradan qaldırmaq;
  • Rabitə avadanlıqlarında baş verən nasazlıqlar barədə aidiyyəti rəhbərliyi vaxtında məlumatlandırmaq;
  • İstifadə olunan materialların sərfiyyatının uçotunu aparmaq və müvafiq hesabatları hazırlamaq;
  • Rabitə avadanlıqlarının təhlükəsiz və istismar qaydalarına uyğun istifadəsini təmin etmək;
  • Vəzifə öhdəlikləri çərçivəsində verilən digər texniki tapşırıqları icra etmək.


Tələblər

  • Elektrotexnika, telekommunikasiya, rabitə və ya digər uyğun mühəndislik ixtisası üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Rabitə avadanlıqları və kabel-xətt sistemlərinin istismarı və texniki xidməti üzrə biliklər;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) işləmək bacarığı;
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək;
  • İngilis və rus dillərini bilmək üstünlükdür;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Problem həll etmə və analitik düşünmə bacarığı;
  • Komandada işləmək, öyrənməyə açıq olmaq və dəyişikliklərə çevik uyğunlaşmaq bacarığı.


İş rejimi: 5 günlük

İş yeri: Lənkəran Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

July 29, 2026

Paylaşılıb

iyul 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər