"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Rəqəmsal tətbiqlər üzrə mütəxəssis

Rəqəmsal tətbiqlər üzrə mütəxəssis

Bu gün

260

Təsvir

  • Daxili şöbələr və xarici tərəfdaşlarla birgə rəqəmsal təcrübə layihələrinin koordinasiyasını təmin etmək;
  • Müştəri təcrübəsi ilə bağlı tələblərin düzgün şəkildə sənədləşdirilməsini, aidiyyəti üzrə bölüşdürülməsini və icrasını izləmək;
  • Mobil tətbiqlər, veb-saytlar və digər rəqəmsal xidmətlərlə bağlı layihələrin icra müddətlərini nəzarətdə saxlamaq və nəticələri təqib etmək;
  • Müştəri təcrübəsi komandası ilə İnformasiya texnologiyaları şöbəsi arasında əlaqələndirici şəxs qismində çıxış etmək və layihə hədəflərinin dəqiq ötürülməsini təmin etmək;
  • İstifadəçi testlərinin keçirilməsini təşkil etmək, keyfiyyət yoxlamalarını aparmaq və tətbiqdən sonra istifadəçilərdən gələn rəyləri toplamaq;
  • Layihələrin statusu barədə hesabatlar və digər zəruri sənədləri hazırlamaq.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Rəqəmsal tətbiqlər ilə minimum 1 il iş təcrübəsi;
  • Aviasiya sahəsində təcrübəsi üstünlükdür;
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • İdarəetmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Təqdimat bacarıqları;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).

 

 

 

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

Son tarix

August 22, 2025

Paylaşılıb

avqust 13, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər