"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Rəsmi Şəxslərə,Nümayəndələrə və VİP Sərnişinlərə xidmət üzrə Baş İdarə/Zal üzrə növbətçi

Rəsmi Şəxslərə,Nümayəndələrə və VİP Sərnişinlərə xidmət üzrə Baş İdarə/Zal üzrə növbətçi

25-10-2024

9.9K

Təsvir

  • Sərnişinlərə effektli və mədəni xidmətin göstərilməsini,onlar üçün rahat şəraitin yaradılmasını, xoş atmosferin saxlanılmasını təmin etmək;
  • Hazırlıq işlərini keyfiyyətlə yerinə yetirmək,təmizlik işlərini vaxtında başa çatdırmaq,qida məhsullarını və içkiləri müvafiq menyulara və təsdiqlənmiş qaydalara uyğun soyuducuda və duracaqlarda yerləşdirmək,əlavə sifarişin edilməsi üçün zalda işin təşkili üzrə mütəxəssisə vaxtında məlumat vermək və təchiz edilməsinə nəzarət etmək;
  • Zalda sərnişinlər olan zaman zala nəzarət etmək,şirkətin mülkünə ziyan vurulmaması üçün sərnişinlərə diqqət yetirmək, intizamsız sərnişin tərəfindən digər sərnişinlərin rahatlığı pozularsa, növbə rəisinə məlumat vermək;
  • Zallarda yerləşən avadanlığın,inventarın (mebel,televizor,masalar və s.) təmizlənməsini,texniki istismar qaydalarına uyğun istifadəsini həyata keçirmək,işlək və istifadəyə yararlı olmasına nəzarət etmək;
  • Növbədə olduğu müddətdə bütün qida məhsullarının istifadəyə yararlı olub-olmamasını yoxlamaq;
  • İstifadə olunmuş qab-qacaqların yuyulması,silinməsini həyata keçirmək,istifadəyə yararlı olub-olmadığına nəzarət etmək, çat, sınıq vəziyyətdə aşkar edilərsə,dərhal istifadədən çıxararaq aktlaşdırmaq üçün zalda işin təşkili üzrə mütəxəssisə məlumat vermək.

Tələblər

  • Təhsil tələbləri: Orta təhsil və ya peşə təhsili;
  • Dil bilikləri: Azərbaycan dili-səlis, ingilis dili-səlis;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Qərar vermə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Təqdimat bacarığı;
  • İşə tez uyğunlaşma qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Öyrənmə qabiliyyəti.


İş qrafiki

Növbəli iş rejimi.


İş yeri

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.


Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

oktyabr 25, 2024

Vakansiya növü

Növbə əsasında

Kateqoriya

Digər