"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Reyslərin razılaşdırılması üzrə Dispetçer

Reyslərin razılaşdırılması üzrə Dispetçer

Bu gün

19

Təsvir

  • “AZAL” QSC-nin hava limanlarına yerinə yetiriləcək uçuşlar üzrə daxil olan hava gəmilərinin enmə sorğularını qəbul etmək, yoxlamaq və razılaşdırmaq;
  • Hava gəmilərinin enməsi üçün əvvəlcədən tələb olunan razılaşdırma prosesini həyata keçirmək və uçuşların koordinasiyasını təmin etmək;
  • Hava gəmilərinin hərəkət cədvəli və cədvəldə baş verən dəyişikliklər barədə “AZAL” QSC-nin aidiyyəti struktur bölmələrini, məsul şəxslərini, habelə müvafiq xidmət göstərən agentləri, onların müəssisə və filiallarını operativ şəkildə məlumatlandırmaq;
  • Hava gəmilərinin sutkalıq uçuş planına əlavə və dəyişikliklər daxil etmək, məlumatların düzgünlüyünü və aktuallığını yoxlamaq;
  • Hava gəmilərinin enmə sorğularını “AZAL” QSC-nin aidiyyəti struktur bölmələri, aeroport ərazisində fəaliyyət göstərən xidmətlər, agentlər, onların müəssisə və filialları ilə razılaşdırmaq;
  • Uçuşların planlaşdırılması və icrası ilə bağlı məlumatların dəqiqliyini təmin etmək, aidiyyəti tərəflər arasında operativ informasiya mübadiləsini həyata keçirmək;
  • Razılaşdırılmış uçuşlarla bağlı sənədləşdirməni aparmaq və müəyyən edilmiş prosedurlara uyğun uçotun aparılmasını təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi - Bakalavr;
  • Minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili (sərbəst);
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Word, Excel – əla səviyyədə).


İş qrafiki:

  • Növbəli;

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Vakansiya haqqında

Son tarix

July 5, 2026

Paylaşılıb

iyun 30, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər