"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Risk və uyğunluq auditi şöbəsi - Kiçik auditor/ Auditor/ Aparıcı Auditor/ Böyük Auditor

Risk və uyğunluq auditi şöbəsi - Kiçik auditor/ Auditor/ Aparıcı Auditor/ Böyük Auditor

Bu gün

162

Təsvir

  • İllik Daxili Audit planına uyğun və plandankənar risk əsaslı audit və məsləhət layihələrinin icrası;
  • İdarəetmə, risklərin idarə edilməsi və nəzarət proseslərinin qiymətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə tövsiyə verilməsi;
  • Daxili Audit prosesi çərçivəsində verilmiş tövsiyələrin icrası prosesinin təqib edilməsi;
  • Daxili Audit layihələrinin nəticələrinə dair audit hesabatlarının hazırlanmasında və rəhbərliyə təqdim edilməsində iştirak;
  • Vəzifə və funksiyaların Daxili Audit haqqında Azərbaycan Respublikasının Qanunu, Daxili Auditorlar İnstitutu tərəfindən hazırlanmış Daxili Audit Standartlarına əsasən icra edilməsi;
  • Daxili audit metodologiyasının və prosedurlarının inkişaf etdirilməsində iştirak etmək.

Tələblər

  • İqtisadiyyat, Risk Menecment, Hüquq, Aviasiya və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət sahəsində və ya əlaqəli sahədə ən azı 1 il iş təcrübəsi (aviasiya sahəsində təcrübə arzuolunandır);
  • Müvafiq beynəlxalq sertifikatlara sahib namizədlərə üstünlük verilir (CIA, CRISC, CRMA, COSO IC, IOSA, COBIT və s.);
  • Namizəd öz bilik və bacarıqlarını mütəmadi olaraq inkişaf etdirməyə və təkmilləşdirməyə hazır olmalıdır;
  • Oracle verilənlər bazası və PL/SQL üzrə işləmə bacarıqları;
  • Microsoft Office proqramlarında işləmək bacarıqları;
  • Analitik düşünmə və müstəqil araşdırma bacarığı;
  • Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.


İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • İş yeri - Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Vakansiya haqqında

Son tarix

July 16, 2025

Paylaşılıb

iyul 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə