"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Satınalmalar İdarəsi/Gömrük və logistika şöbəsi/Logistika mütəxəssisi

Satınalmalar İdarəsi/Gömrük və logistika şöbəsi/Logistika mütəxəssisi

Bu gün

271

Təsvir

  • Beynəlxalq Logistika idxal, ixrac və tranzit əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
  • Avia, dəniz, avtomobil və qatar daşımaları üzrə ən optimal nəqliyyat marşrutlarının müəyyən edilməsi;
  • Xaricdən alınan Hava Gəmilərinin ehtiyyat hissələrinin və Hava limanına aid malların daşınmasının təşkili;
  • Geri qaytarılan və ya təmirə göndərilən mallarının ixrac əməliyyatlarının və daşınmanın təşkil edilməsi;
  • Tranzit və transfer yüklərinin logistikasının idarə olunması və nəqliyyat sənədlərinin (AWB, B/L, CMR, Invoice, Packing list və s.) düzgünlüyünün yoxlanılması;
  • Gömrük-broker şirkətləri, ekspeditorlar və daşıyıcılarla əməkdaşlığın və sənəd dövriyyəsinin təşkil edilməsi;
  • Daşımalar zamanı gömrük, təhlükəsizlik və nəqliyyat qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Logistika tədarük zəncirinə aid hesabatların və analitik məlumatların hazırlanması;
  • Logistika əməliyyatları üzrə daxili sistemlərdə məlumatların qeydiyyatı və yenilənməsi;
  • Xarici və yerli tərəfdaşlarla korporativ yazışmaların və danışıqların aparılması;
  • Təchizat, anbar və nəqliyyat şöbələri ilə qarşılıqlı işin koordinasiyası;
  • Şirkətin logistika siyasətinin təkmilləşdirilməsində təşəbbüskar iştirak etmək;
  • Bu əməliyyatların görülməsi üçün qarşı tərəflərlə korporativ danışıqların aparılması.

Tələblər

  • Təhsil: Ali təhsili;
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis;
  • Beynəlxalq logistika üzrə iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office;
  • Ünsiyyət bacarıqları (yazılı, şifahi);
  • Danışıqların aparılması bacarığı;
  • Qərar vermə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Komandada işləmə bacarığı.




İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı



İş rejimi:

  • 09:00-dan 18:00-a qədər


Vakansiya haqqında

Son tarix

November 10, 2025

Paylaşılıb

noyabr 4, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat