Prime Cotton
Ana səhifə
/
/
/
Hazır məhsul anbardarı (Sumqayıt)

Hazır məhsul anbardarı (Sumqayıt)

  • Prime Cotton
  • Sülh küçəsi, Sumqayıt, Azərbaycan
  • Tam ştat

Bu gün

102

Təsvir

  • Hazır məhsulların qəbulunu, yerləşdirilməsini və sistemə mədaxil edilməsini təmin etmək;
  • Anbarda hazır məhsulların müvafiq sistem və ardıcıllıqla yığılmasına və yerləşdirilməsinə nəzarət etmək;
  • Hazır məhsulların təhlükəsizliyini və düzgün saxlanılmasını təmin etmək, sənədləşdirmə və mədaxil–məxaric sənədlərinin təhvili qaydalarına riayət olunmasını təmin etmək;
  • Sifarişlər üzrə malların düzgün bölgüsünü həyata keçirmək, sifarişləri ilkin olaraq anbar qalığında yoxlamaq və malların mövcudluğuna əmin olduqdan sonra 1C anbar modulu vasitəsilə və ya rəhbərliyin rəsmi e-mail məktubu əsasında sifarişçilərə göndərmək;
  • Rəsmiləşdirmə və hesabat qaydalarına riayət edilməsini təmin etmək, müvafiq aylıq hesabatlar tərtib etmək;
  • Anbarda yanğına qarşı ləvazimatların mövcudluğu və saz vəziyyətdə olmasına, həmçinin avadanlıqların və inventarın vaxtında təmirinə nəzarət etmək;
  • Köhnəlmiş, zədələnmiş və ya yararsız məhsulları müəyyənləşdirmək, bu barədə rəhbərliyə müvafiq hesabat təqdim etmək;
  • Məhsulların düzgün yerləşdirilməsini və etiketlənməsini təmin etmək;
  • Stok səviyyəsinə nəzarət etmək və dövri inventarizasiya aparmaq;
  • Malların vaxtında və düzgün təhvil verilməsini təmin etmək;
  • Anbarın təmizliyinə və səliqəsinə riayət etmək;
  • Anbar sənədlərinin (qaimə, akt, hesabat və s.) düzgün və tam aparılmasını təmin etmək;
  • Yükləmə və boşaltma işlərinin düzgün təşkili və icrasına nəzarət etmək;
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmək.

Tələblər

  • Ali təhsil – logistika, iqtisadiyyat, istehsalatın təşkili, mühəndislik və ya idarəetmə sahələri üzrə;
  • Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
  • Anbar idarəetməsi və anbar modulu üzrə sertifikatlara malik olmaq;
  • Stok və inventar nəzarəti üzrə bilik və bacarıqlar;
  • Barkod və skanerlərlə işləmək bacarığı;
  • Forklift və digər anbar avadanlıqları ilə işləmək bacarığı;
  • Avadanlıqların və materialların saxlanma qaydaları barədə biliklər.

Vakansiya haqqında

Son tarix

December 3, 2025

Paylaşılıb

noyabr 4, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat