"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Satış və Əməkdaşlıq İdarəsi/ Əlaqə Mərkəzi şöbəsi /Əlaqə Mərkəzi qrupu/Növbə Rəisi

Satış və Əməkdaşlıq İdarəsi/ Əlaqə Mərkəzi şöbəsi /Əlaqə Mərkəzi qrupu/Növbə Rəisi

Bu gün

5

Təsvir

  • Əlaqə Mərkəzində növbə ərzində əməliyyat fəaliyyətinin təşkil edilməsi və proseslərin fasiləsiz icrasına nəzarət etmək;
  • Növbə ərzində əməkdaşların iş fəaliyyətini koordinasiya etmək və onların iş bölgüsünü təmin etmək;
  • Müştəri müraciətlərinin operativ və keyfiyyətli şəkildə cavablandırılmasına nəzarət etmək;
  • Çətin və ya eskalasiya olunan müştəri müraciətlərinin həllində dəstək göstərmək;
  • Əlaqə Mərkəzinin fəaliyyətinə dair gündəlik əməliyyat göstəricilərinin izlənilməsi və rəhbərliyə təqdim edilməsi;
  • Daxili prosedur və xidmət standartlarına əməl olunmasına nəzarət etmək;
  • Komanda üzvlərinin motivasiyasını və iş səmərəliliyini artırmaq məqsədilə dəstək göstərmək.

Tələblər

  • Ali təhsil (Bakalavr dərəcəsi);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini əla, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;
  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmə bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Danışıqlar aparmaq və müştəri yönümlü yanaşma bacarığı;
  • Qərarvermə və problem həll etmə qabiliyyəti;
  • Komandanın idarə olunması və koordinasiya bacarığı;
  • Öyrənməyə açıqlıq və dəyişikliklərə uyğunlaşma bacarığı;
  • Komandada effektiv işləmək bacarığı.


  • İş rejimi: Növbəli
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

March 13, 2026

Paylaşılıb

mart 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri