"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Uçuşdaxili əyləncə və şəbəkə əməliyyatları üzrə mütəxəssis / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

Uçuşdaxili əyləncə və şəbəkə əməliyyatları üzrə mütəxəssis / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi

Bu gün

15

Təsvir

  • Uçuşdaxili əyləncə və internet xidmətləri üzrə bütün əməliyyat fəaliyyətlərinin vahid koordinasiya nöqtəsi kimi çıxış etmək;
  • Müştəri təcrübəsi üzrə verilən tapşırıq və göstərişlərin əməliyyat səviyyəsində vaxtında və düzgün icrasını təmin etmək;
  • Müştəri təcrübəsi bölməsi ilə CAMO / Texniki xidmət, Uçuş əməliyyatları, Yerüstü xidmətlər, Satınalma, Logistika və digər aidiyyəti struktur bölmələr arasında əlaqələndirici rolunu yerinə yetirmək
  • Planlaşdırılmış dəyişiklik və təşəbbüsləri icra edilə bilən konkret əməliyyat addımlarına çevirmək və icrasını izləmək;
  • Peron və yerüstü xidmətlər daxil olmaqla, yerində əməliyyat nəzarətini təmin etmək, avadanlıqların təyyarələrə yüklənməsi və boşaldılması prosesinə nəzarət etmək;
  • Uçuşdaxili əyləncə serverləri, simsiz sistemlər, media daşıyıcıları, planşetlər və digər əlaqəli avadanlıqların hərəkətini, yerləşdirilməsini və hazır vəziyyətini təmin etmək;
  • Uçuşdaxili əyləncə və internet xidmətləri üzrə avadanlıqların inventarını, mövcudluğunu və əməliyyat statusunu mütəmadi olaraq izləmək;
  • Media kontentinin, proqram təminatının və internet bağlantısı yeniləmələrinin plan üzrə həyata keçirilməsini koordinasiya etmək və icranı təsdiqləmək;
  • Planlaşdırılmış yeniləmələrlə faktiki təyyarələrdə icra olunan dəyişikliklər arasında uyğunluğu təmin etmək;
  • Satınalma və logistika bölmələri ilə birlikdə avadanlıqların daşınması, təhvil-təslimi və daxili paylanmasını koordinasiya etmək;
  • Gömrük rəsmiləşdirilməsi proseslərini izləmək, gecikmə və risklərin qarşısını almaq və operativ həllinə dəstək vermək;
  • Biznes sinfi üçün planşetlərin, internet vauçerlərinin və digər xidmət elementlərinin əməliyyat baxımından hazır olmasını yoxlamaq;
  • Uçuşdaxili əyləncə və internet xidmətlərinin cari vəziyyəti barədə rəhbərliyi mütəmadi və operativ məlumatlandırmaq;
  • Açıq qalan məsələləri, gecikmələri və riskləri sistemli şəkildə izləmək və vaxtında eskalasiya etmək;
  • Əməliyyat zamanı yaranan problemlərin aidiyyəti bölmələrlə koordinasiyalı və operativ həllini təşkil etmək;
  • Reaktiv yanaşmadan planlı və idarə olunan icraya keçidi təmin etmək məqsədilə əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Strateji planlarla faktiki əməliyyat icrası arasında uyğunluğu və hesabatlılığı təmin etmək;
  • Xidmətlərin həcmi və mürəkkəbliyi artdıqca əməliyyatların sabit, şəffaf və proqnozlaşdırıla bilən şəkildə idarə olunmasını təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Şəbəkə əməliyyatları üzrə minimum 2 il iş təcrübəsi;
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı, liderlik keyfiyyətləri;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Təqdimat bacarıqları;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – yüksək);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yaxşı), Rus dili (yaxşı).

 

 

 

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


Vakansiya haqqında

Son tarix

April 6, 2026

Paylaşılıb

aprel 1, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər