İstehsalat, təqvim planına və növbə-gün tapşırıqlarına uyğun olaraq, müəssisə, idarə və təşkilatlarda və ya onların bölmələrində istehsalın gedişini və əsas fəaliyyətinin digər növlərini operativ tənzimləyir;
Müəssisə, idarə və təşkilatların və onların bölmələrinin lazımı material, konstruksiya, komplektləşdirmə məhsulları və eləcə də nəqliyyatla, yükləmə-boşaltma vasitələri ilə təmin olunmasına nəzarət edir;
İstehsalın gedişinə, istehsalat gücündən tam istifadə olunmasına, istehsalın ritmik hərəkətinə, hazır məhsulun təhvil verilməsinə, işin (xidmətin) yerinə yetirilməsinə, qrafikdə nəzərdə tutulan anbar və yükləmə-boşaltma əməliyyatlarının təmin edilməsinə nəzarəti həyata keçirir;
Sahələrdə və sexlərdə müəyyən olunmuş artıq məhsulların normasına, buraxılış normalarına və onların verilmə müddətinə riayət edilməsini təmin edir;
Lazım olduqda müəssisə, idarə, təşkilatların müvafiq xidmətlərini cəlb etməklə istehsalatın gedişində pozuntuların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görür;
Texnoloji avadanlıqların tam, ahəngdar işləməsi, məhsulun istehsalına sərf olunan müddətin ixtisar edilməsi üçün istehsalat ehtiyatlarını üzə çıxarır;
İstehsalatın operativ idarə olunması üçün texniki vasitələrdən səmərəli istifadə edilməsini təmin edir;
Dispetçer jurnalını aparır, istehsalın gedişi haqqında hesabat raportlarını və digər texniki sənədləri tərtib edir;
Müəssisə, idarə və təşkilatların bölmələrinin fəaliyyətinin təhlil və qiymətləndirilməsində, daxili istehsalat ehtiyatlarının aşkara çıxarılmasında iştirak edir;
Dispetçer xidməti operatorlarının işinə rəhbərlik edir;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
Tələblər
Ali təhsil;
Nəqliyyat vasitəsinin texniki xarakteristikasını bilməli;
Texnikanın istismarı normativini bilməli;
Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli;