10-10-2025
1.3K
Əmək funksiyaları:
1. Holdinqin aparatı və tabeliyində olan müəssisələrin işçi ehtiyacı planlaşdırılması prosesinin effektiv qurulması və nəzarət edilməsində iştirak;
2. Holdinqin aparatı və tabeliyində olan müəssisələrin təşkilatı strukturunun idarə edilməsi və təkmilləşdirilməsi prosesinə nəzarət edilməsində iştirak;
3. Holdinqin aparatı və tabeliyində olan müəssisələrin ştatın idarə edilməsi prosesinə nəzarət edilməsində iştirak;
4. Holdinqin tabeliyində olan müəssisələrdə işəmuzd və əməkhaqqı sistemlərinin effektiv və səmərəliliyinə nəzarət edilməsi;
5. Holdinq tabeliyində olan müəssisələrdə əmək münasibətləri (işə qəbul, işdən azad, məzuniyyət və s.) fəaliyyətlərinin əmək qanunvericiliyinə uyğunluğuna nəzarət edilməsi;
6. Holdinq aparatında və tabeliyində olan müəssisələrdə namizəd seçimi prosesinində iştirak etmə;
7. Holdinqin tabeliyində olan müəssisələrdən müvafiq hesabatlılığının təmin edilməsi;
8. Şöbə müdirinin tapşırığı əsasında şöbənin fəaliyyəti istiqamətində müvafiq dövrü hesabatların hazırlanması;
9. Holdinq tabeliyində olan müəssisələrlə keçirilən şöbələrin fəaliyyəti ilə bağlı görüşlərdə iştirak etmək;
10. İR datanı, göstəriciləri və statistikanı toplamaq, qruplaşdırmaq və təhlil etmək;
11. Prediktiv təhlil və vizualizasiya üzərində çalışmaq;
12. Mövcud daxili datanı kənar statistik məlumatlar və meyarlar ilə müqayisə etmək;
13. İbtidai statistik təhlili aparmaq, trendləri aşkar etmək və holdinq daxili tövsiyələrin verilməsi;
14. Biznes təhlillərin yazılması və tələb olunan halda daha dərin tədqiqatların aparılması;
15. Holdinq daxili fəaliyyət nəticələrini nəzarətdə saxlamaq;
16. Qrupdaxili HR ERP rəqəmsal platformasının fəaliyyətində dəstək, müvafiq təhlillərin aparılması və platformanın təkmilləşdırilməsi;
17. İnsan Resursları hesabatlarını, onların ölçmə və izləmə vasitələrini yaratmaq;
18. Biznes strategiyasına uyğun olaraq İR layihələri və təşəbbüslərini analiz etmək və yenidən formalaşdırmaq
19. İcra olunan iş yükünü, çətinlikləri, riskləri və təklif olunan dəyişiklikləri analiz etmək.
Tələblər:
Kvalifikasiya tələbləri:
· İş təcrübəsi: 7 il müvafiq sahə üzrə iş stajı; 1 il müvafiq sahə üzrə baş mütəxəssis vəzifələrində iş stajı və İR və ya biznes data təhlilində 3 + il təcrübə;
· Dil bilikləri: Azərbaycan dili (ana dili səviyyəsində), İngilis dili yaxşı səviyyədə. Rus dili biliyi üstünlükdür;
· Data bazaları texnologiya və alətləri ilə, datanın yerləşdirilməsi, transformasiyası və prosesləşdirilməsində təcrübə;
· Kompüter bilikləri: Microsoft Office proqramları (MS Word, MS Excel, MS Power Point, MS Outlook, MS Visio) sərbəst işləmək bacarığı; Power BI üstünlükdür;
· İnsan resurslarının idarə edilməsi sahəsində sertifikatlar (SHRM, HRCI, CIPD və s.) arzuolunandır.
Vəzifənin tələb etdiyi səriştələr:
· Nəticə yönümlülük;
· Komanda ruhu;
· Kommunikasiya;
· Problem həll etmək;
· Dəyişikliklərə uyğunlaşmaq;
· Data analitika;
· Detallı məlumatları özündə əks etdirən cədvəlləri, qrafikləri və təqdimatları hazırlamaq bacarığı;
· Biznes təhlil üçün istifadə olunan real data ilə iş səriştəsi;
· Yüksək səviyyədə tədqiq etmək bacarığı;
· Riskləri idarə etmək;
· Strateji düşünmək;
· Prosesləri idarə etmək;
· Qərar qəbul etmək;
· İş qüvvəsinin planlaşdırılması səriştəsi;
· Əmək məcəlləsi;
· Nazirlər kabetinin əmək qanunvericliyi ilə bağlı normativ aktları;
· Vahid Tarif İxtisas Sorğu kitabçası;
· Ştat cədvəli və təşkilatı strukturun idarə edilməsi;
· Əməyin ödənilməsi qaydası;
· Əmək Məcəlləsi;
· İnsan resursları sahəsi üzrə digər müvafiq normativ hüquqi sənədlər və təlimatlar.
Son tarix
November 19, 2025
Paylaşılıb
oktyabr 10, 2025
Vakansiya növü
Tam ştat
Bir Ecosystem | PASHA Holding ● Bakı, Azərbaycan
09-10-2025
1.4K
Prime Cotton MMC ● Bakı, Azərbaycan
Bu gün
18
AccessBank ● Bakı, Azərbaycan
Bu gün
52
Kontakt Home ● Beyləqan, Azərbaycan
Bu gün
25
Xalq Bank ● Bakı, Azərbaycan
Bu gün
2.9K