Baku Steel Company
Ana səhifə
/
/
/
Satış mütəxəssisi / Aparıcı satış mütəxəssisi

Satış mütəxəssisi / Aparıcı satış mütəxəssisi

Dünən

42

Təsvir

İşin qısa təsviri:


Satış üzrə mütəxəssis korporativ müştərilərlə effektiv əlaqə quraraq onların ehtiyaclarını müəyyən edir, uyğun məhsul təklif edir, satış prosesini idarə edir və mövcud müştəri portfelini inkişaf etdirərək satış həcminin artırılmasını təmin edir.


Əsas vəzifə və öhdəliklər:

  • Korporativ müştərilərdən daxil olan sənədləri qəbul etmək və fəaliyyətlərini araşdırmaq;
  • Korporativ satış üzrə alqı-satqı müqavilələrini hazırlamaq;
  • Müştərilərdən günlük, aylıq və illik sifarişləri qəbul etmək;
  • Daxil olan sifarişləri ümumiləşdirərək istehsalat planlaması üçün hesabatlar hazırlamaq;
  • Müştəriləri məhsullar, qiymət və keyfiyyət barədə məlumatlandırmaq;
  • Məhsulların anbardan yüklənməsi üçün müvafiq sənədləri tərtib etmək;
  • Yüklənən məhsulların sifarişlərə uyğunluğunu təmin etmək;
  • Gündəlik satış məlumatlarını SAP sisteminə daxil etmək;
  • Gündəlik, aylıq və illik satış hesabatlarını hazırlamaq və analiz etmək;
  • Debitor və kreditor borclar üzrə hesabatlar hazırlamaq;
  • Armatur satış bazarı üzrə məlumatları analiz etmək və yerində yoxlamalar aparmaq.


Tələblər


  • Ali təhsil (İqtisadiyyat və ya uyğun sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili arzuolunandır);
  • Güclü satış və ünsiyyət bacarıqları;
  • Analitik düşünmə və hesabat hazırlama bacarığı;
  • SAP və ya digər ERP sistemlərində işləmək təcrübəsi üstünlükdür.

Vakansiya haqqında

Son tarix

May 25, 2026

Paylaşılıb

aprel 24, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri

İmtiyazlar

  • Nahar təminatı
  • korporativ nömrə ilə təmin olunur
  • Rəqabətli əmək haqqı;

Oxşar vakansiyalar