Baku Steel Company

Teplovoz maşınisti

  • Baku Steel Company
  • Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
  • Tam ştat

26-08-2024

424

Təsvir

•   İstehsalat tələbi üzrə lokomotivlərin idarə edilməsi, mal-material daşıyan vaqonların sexlərə verilməsi və sexlərdən geri götürülməsi.

•   Teplovoz briqadasının tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik, onların fəaliyyətinə nəzarət, onlar tərəfdən xidməti vəzifələrinin yerinə yetirilməsinə qarşı tələbkarlıq edilməsi.

•   Qatarı sürərkən və manevr yerdəyişmələri zamanı TİQ, təlimatların, əmrlərin və göstərişlərin yerinə yetirilməsi.

•   Teplovoz maşinisti manevr işlərinin aparılmasını, qatarların hərəkətində teplovozun normal işini təmin etməsi.

•   Hərəkət təhlükəsizliyinin təmin edilməsi, qatarların mütərəqqi qaydalarla sürülməsinin tətbiq edilməsi, manevr işlərinin həyata keçirilməsi.

•   Təhkim edilmiş teplovoz briqadalarının, teplovozlara xidmət və onların texniki cəhətdən saz saxlanılması.

•   Teplovozu və yaxud teplovozun ayrı-ayrı aqreqatlarını işə saldıqda əmin olmalıdır ki, teplovozun hərəkətinə, yaxud aqreqatların işə salınmasına heç bir maneə yoxdur, teplovoz briqadasının üzvləri isə öz yerindədir.

•   Teplovozun qatarlara qoşulması (o cümlədən əyləc qolçuqlarının-rukava-kranların bağlanmasını) teplovoz briqadası tərəfindən həyata keçirməsinə nəzarət edilməsi.

•   Teplovozun vaqona düzgün qoşulmasının təmin edilməsi.

•   Maşinist köməkçisinin fəaliyyətinə nəzarət edilməsi.

Tələblər

Tələblər:

•   Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;

•   Orta təhsil;

•   Teplovozun idarə edilməsi üzrə vəsiqə;

•   Məsuliyyətlilik, dəqiqlik və dürüstlük.


İş şəraiti:

•   İki növbəli iş qrafiki;

•   Qida şirkət tərəfindən təmin edilir;

•   İş yeri: Bakı şəh., Mir-Cəlal küçəsi, 15 (Dərnəgül)


Müraciətlərinizi [email protected] e-mail ünvanına “Teplovoz maşınisti” başlığı altında qeyd edərək yönləndirməyiniz xahiş olunur.

Vakansiya haqqında

Son tarix

sentyabr 25, 2024

Paylaşılıb

avqust 26, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat