Müştəri rəylərini və müraciətlərini dərin təhlil edərək xidmətin əsas problemlərini müəyyənləşdirmək və prioritetləşdirmək
Xidmət keyfiyyətini artırmaq üçün strateji təkliflər hazırlamaq, implementasiya planları hazırlamaq və tətbiqi yönətmək
Xidmət proseslərinin daimi monitorinqini aparmaq və yaranan problemlərə vaxtında və effektiv reaksiya vermək
Yeni texnologiyaların və avtomatlaşdırılmış sistemlərin tətbiqini təşviq etmək, xidmət keyfiyyətinin artırılması üçün innovativ həllər təklif etmək
Müxtəlif şöbələr və komandalarla əməkdaşlıq edərək xidmətin təkmilləşdirilməsi üzrə layihələri idarə etmək və dəyişikliklərin effektiv icrasını təmin etmək
Analitik məlumatlara əsaslanaraq xidmət proseslərinin optimallaşdırılması üzrə rəhbərlik və dəstək göstərmək
Tələblər
Təhsil: İqtisadiyyat, Biznesin İdarəedilməsi, Marketinq, Məlumat Analitikası və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi (magistr üstünlükdür).
Təcrübə: Xidmət keyfiyyəti, müştəri təcrübəsi (CX), proseslərin optimallaşdırılması və ya analitika sahəsində minimum 2-3 il iş təcrübəsi.
Analitik bacarıqlar: Böyük həcimli məlumatlarla işləmək, rəyə əsaslanan problemləri müəyyən etmək və analitik nəticələr çıxarma bacarığı.
Strateji düşünmə: Xidmət keyfiyyətinin artırılması üçün strateji təkliflər hazırlamaq və onların tətbiqini planlaşdırmaq bacarığı.
Kommunikasiya bacarıqları: Fərqli şöbələrlə effektiv əməkdaşlıq etmək, çətin məsələləri aydın şəkildə izah etmək və qərarvermədə təsir göstərmək.
Problem həll etmə: Operativ və strateji problemlərə sürətli və effektiv reaksiya vermək bacarığı.
İnnovativ yanaşma: Yeni texnologiyaları, rəqəmsal həlləri və avtomatlaşdırma imkanlarını qiymətləndirmək və tətbiq etmək istəyi.
Dəqiqlik və məsuliyyət: Monitorinq, təhlil və optimallaşdırma proseslərində yüksək dəqiqliyi qorumaq.