Code Academy
Ana səhifə
/
/
/
Rəqəmsal Marketinq üzrə Təlimçi

Rəqəmsal Marketinq üzrə Təlimçi

  • Code Academy
  • Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə, Baku 1000, Azərbaycan
  • Yarım ştat

20-11-2024

238

Təsvir

Code Academy həm dövlət, həm də özəl sektorlar üçün yüksək səviyyəli insan resursları yaratmaq missiyası ilə İT-əsaslı təhsil bazarında oyun dəyişdiricidir. Biz yüksək keyfiyyətli texnoloji/İT təhsili təqdim edirik və davamlı inkişaf, innovasiya və inklüzivliyə sadiqik. Hazırda müxtəlif bölgələrdə 1400-dən çox tələbəni gücləndirməyə həsr olunmuş 150-dən çox peşəkardan ibarət komandamız var. Biz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuşuq və Bakı, Sumqayıt, Lənkəran və Gəncə də daxil olmaqla bir çox regionlarda təhsil veririk.



İşin təsviri:


Tədris Akademik partnyoru olduğumuz, İrlandiya mərkəzli Digital Marketing Institute-un proqramı əsasında hazırlanmışdır.


Vəzifə öhdəlikləri:


  • Tələbələrin suallarını cavablandırmaq və onlara praktiki tapşırıqlarda dəstək olmaq;
  • Dərs prosesində müasir marketinq strategiyalarını və real layihələrdən nümunələri

paylaşmaq;

  • Tələbələrlə birlikdə real rəqəmsal marketinq kampaniyalarının planlanması və icrasına

nəzarət etmək;

  • Tələbələrin gələcəkdə istifadə edə biləcəkləri praktiki işlərdən ibarət portfolionun

hazırlanmasına dəstək vermək;

  • Tələbələrin təqdim etdiyi işlərin qiymətləndirilməsi və onlara konstruktiv rəy vermək.

Tələblər

Təkliflərimiz:


  • Peşəkar heyəti ilə professional formada inkişaf etdirəcək iş mühiti;
  • Yerli və xarici ekspertlərlə birgə iş təcrübəsi;
  • Tam ştat vəzifədə işləyənlər üçün tibbi sığorta imkanı;
  • Modern/ kreativ üslubda iş şəraiti;
  • Karyera irəliləyişlərində hamıya bərabər olan yeni imkanlar;
  • Müvafiq olaraq daxili və xarici bazarlarda təlimdə iştirak imkanları;
  • Bilikləri paylaşmağa açıq olan gənc və dinamik komanda;
  • Müasir texnologiyalardan istifadə etmək imkanı;
  • Rəqabətə davamlı əmək haqqı.


Namizədə Tələblər:


  • Rəqəmsal marketinq sahəsində ən azı 3 illik iş təcrübəsi;
  • Google Ads, Meta Ads, SEO və Google Analytics ilə uzunmüddətli və praktiki iş

təcrübəsi və yüksək məbləğdə reklam büdcəsinin səmərəli idarə olunması bacarığı;

  • Mütəxəssis biliklərini tələbələrə sadə və anlaşıqlı şəkildə çatdırmaq bacarığı;
  • Müasir təqdimat vasitələrindən istifadə etməklə təlim materiallarını maraqlı və təsirli

formada təqdim etmək bacarığı.


Əlavə məlumat:


  • Dərs saatları həftəiçi axşam saatları və həftəsonu olaraq nəzərdə tutulur;
  • Beynəlxalq sertifikata (DMI) malik olan namizədlər üstünlükdür;
  • Akademik təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.



Vakansiya haqqında

Son tarix

dekabr 19, 2024

Paylaşılıb

noyabr 20, 2024

Vakansiya növü

Yarım ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr