Embawood MMC
Ana səhifə
/
/
/
Kiber təhlükəsizlik üzrə mütəxəssis

Kiber təhlükəsizlik üzrə mütəxəssis

Bu gün

421

Təsvir

  • Biznesin proqram həllərini,Web proqramlarının təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir;İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət
  • İnformasiya insidentlərinin aşkar olunması,qeydiyyatı,təhlili və onların tədqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi;Periodik olaraq daxili və xarici penetration (nüfuz etmə) və vulnerability testlərini (boşluqların aşkarlanması) həyata keçirmək,təhdidləri müəyyən etmək və müdafiə etmək
  • Jurnal log faylların təhlili və kiber-insidentlərin qarşısının alınmasında fəal iştirak; Cari zəifliklər və təhdidlər haqqında, xüsusilə daxili sistemlərə bir başa təsir edən amillər haqqında məlumatlı olmaq
  • Texniki avadanlıqların iş təhlükəsizliyinə nəzarət etmək,serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq; Şübhəli davranış üçün şəbəkə trafikini izləmək, müxtəlif vasitələrdən daxil olan məlumatlara əsaslanaraq şübhəli halları araşdırmaq
  • Şirkətin əməliyyatlarının dayanıqlığını təmin etmək üçün IT-nin Qəza Bərpa planlaşdırılmasında,testləşdirilməsində,icrasında və nəzarətində iştirak; Şirkət əməkdaşlarının kibertəhlükəsizliklə bağlı maariflənməsinə dəstək olmaq

Tələblər

  • Ali təhsil (İnformasiya Təhlükəsizliyi və ya İnformasiya Texnologiyaları üzrə arzuolunandır)
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • İngilis və rus dillərində müvafiq sahə üzrə terminoloji biliklərin olması
  • Şəbəkə,sitem,təhlükəsizlik avadanlıqları və bu avadanlıqların əməliyyat sistemləri üzrə anlayışları
  • Security Operation Center (SOC),SIEM,DLP,Vulnerability scanner və digər təhlükəsizlik sistemləri üzrə biliklərin olması
  • Namizəddə bu sertifikatlardan hər hansı birinin olması arzuolunandır və nəzərə alınacaqdır-CompTIA Security, Certified Ethical Hacker (CEH),Offensive Security Certified Professional (OSCP)

Vakansiya haqqında

Son tarix

August 6, 2025

Paylaşılıb

iyun 27, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik