Grand-Agro MMC

Avtomatika Mühəndisi

Bu gün

28

Təsvir

  • PLC, SCADA, HMI, uzaq giriş-çıxış modulları və sənaye rabitə sistemlərinin etibarlı işini təmin etmək;
  • Temperatur, təzyiq, sərf, səviyyə, çəki və digər ölçü cihazlarının istismarına və texniki vəziyyətinə nəzarət etmək;
  • Klapan, aktuator, sensor, tezlik çeviricisi və digər avtomatika avadanlıqlarının düzgün işləməsini təmin etmək;
  • Avtomatika sistemlərinin layihə, quraşdırma, sazlama və işə salınması proseslərində iştirak etmək;
  • Avtomatika arxitekturasını, giriş-çıxış siyahılarını, P&ID və idarəetmə sxemlərini yoxlamaq;
  • FAT, SAT, loop check, kalibrasiya və funksional sınaqların həyata keçirilməsini təşkil etmək və nəticələrə nəzarət etmək;
  • Start icazələri, bloklamalar, qəza dayandırmaları, xəbərdarlıqlar və qoruma funksiyalarını test etmək;
  • PLC, SCADA və HMI proqramlarının ehtiyat nüsxələrinin, versiyalarının və texniki sənədlərinin idarə edilməsini təmin etmək;
  • Avtomatika nasazlıqlarını, rabitə kəsilmələrini və ölçü xətalarını araşdırmaq, kök səbəbləri müəyyən etmək və aradan qaldırılmasını təmin etmək;
  • Ölçü cihazlarının kalibrasiya qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
  • Proqram dəyişikliklərini təsdiq edilmiş prosedurlara uyğun həyata keçirmək və dəyişiklikləri sənədləşdirmək;
  • Avtomatika üzrə kritik ehtiyat hissələrinin siyahısını və minimum ehtiyat səviyyəsini müəyyən etmək;
  • Avtomatika sistemlərinin vəziyyəti, nasazlıqlar və görülən işlər üzrə hesabatlar hazırlamaq.

Tələblər

  • Avtomatika, idarəetmə, elektronika və ya elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Sənaye avtomatikası və işə salma işlərində minimum 5 il praktiki təcrübə;
  • Siemens, Schneider, Rockwell və ya analoji PLC/SCADA platformalarından ən azı biri üzrə proqramlaşdırma və diaqnostika təcrübəsi;
  • HMI sistemləri, sənaye rabitə protokolları, VFD, ölçü cihazları və uzaq giriş-çıxış sistemləri üzrə praktiki bilik;
  • P&ID, elektrik, loop və panel sxemlərini, giriş-çıxış siyahılarını oxuma bacarığı;
  • FAT, SAT, loop check, kalibrasiya və funksional sınaqlar üzrə təcrübə;
  • Proqram ehtiyat nüsxələrinin, versiya nəzarətinin və giriş hüquqlarının idarə edilməsi üzrə bilik;
  • Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı.

Vakansiya haqqında

Son tarix

October 25, 2026

Paylaşılıb

sentyabr 25, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
  • Təlim dəstəyi