Zavodun yarımstansiya, transformator, orta və aşağı gərginlikli paylayıcı qurğular, MCC panelləri, kabel xətləri və elektrik mühərriklərindən ibarət elektrik təsərrüfatının etibarlı işini təmin etmək;
Generator, UPS, avtomatik ehtiyat qoşulması, akkumulyator və reaktiv güc kompensasiyası sistemlərinin saz vəziyyətdə saxlanılmasını təmin etmək;
Elektrik avadanlıqları üzrə texniki baxış, profilaktik xidmət, sınaq və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
Elektrik nasazlıqlarını araşdırmaq, səbəblərini müəyyən etmək və təkrar baş verməsinin qarşısını almaq;
Qəza hallarının idarə olunmasını və enerji təchizatının təhlükəsiz şəkildə bərpasını təşkil etmək;
Elektrik işlərinin təhlükəsizlik qaydalarına və təsdiq edilmiş prosedurlara uyğun aparılmasına nəzarət etmək;
Elektrik texniklərinin işini təşkil etmək, tapşırıqlar vermək və görülən işlərin nəticələrini yoxlamaq;
Podratçı və servis təşkilatlarının işlərini koordinasiya etmək;
Elektrik enerjisinin sərfiyyatını, yük bölgüsünü və enerji səmərəliliyini izləmək;
Elektrik avadanlıqlarının texniki sənədlərinin, sxemlərinin, reyestr və sınaq protokollarının aktuallığını təmin etmək;
Yeni layihələrin tikinti və işə salınması mərhələsində elektrik işlərinin layihə və texniki tələblərə uyğunluğuna nəzarət etmək.
Tələblər
Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli texniki sahə üzrə ali təhsil;
Sənaye müəssisələrinin elektrik təsərrüfatında minimum 5 il iş təcrübəsi;
Elektrik təsərrüfatının istismarı, texniki xidmətin planlaşdırılması və qəza hallarının idarə olunması üzrə təcrübə;
35 kV yarımstansiyaların istismarı üzrə praktiki təcrübə;
Elektrik heyətinin və podratçıların işinin təşkili və nəzarəti üzrə bacarıq;
Orta və aşağı gərginlik panelləri, MCC, generator, UPS və rele mühafizəsi üzrə bilik;