Rəqəmsal məhsulların inkişafı departamenti Rəqəmsal məhsullara dəstək üzrə əməliyyatçı vəzifəsinə vakansiya elan edir.
Məhsullara dəstək prosesinin səmərəli şəkildə təşkili və idarəedilməsi məqsədilə dinamik və yüksək motivasiyalı əməliyyatçı axtarırıq. Bu vəzifə maraqlı tərəflər, texniki komanda və layihə menecerləri ilə effektiv şəkildə əlaqə saxlamaq üçün güclü ünsiyyət bacarıqları tələb edir. Bundan əlavə, namizəd mükəmməl yazı bacarıqlarına və layihə əməliyyatlarını təmin etmək üçün minimal texniki biliklərə sahib olmalıdır.
- Əməliyyat prosesinin effektiv idarəolunması məqsədilə layihə meneceri, texniki komanda və maraqlı tərəflərlə effektiv kommunikasiyanın təşkil olunması;
- Görüşlərin planlaşdırılması, gündəliyin hazırlanması və protokolların sənədləşdirilməsi daxil olmaqla, layihə fəaliyyətlərinin əlaqələndirilməsinə dəstək verilməsi;
- Layihə planları, status hesabatları və istifadəçi təlimatları daxil olmaqla, layihə sənədlərinin işlənib hazırlanmasına və saxlanmasına köməklik göstərilməsi;
- Əməliyyat prosesinin gedişatına nəzarət etmək və potensial problem və ya riskləri müəyyənləşdirmək, həlli üçün müvafiq maraqlı tərəflərə çatdırılması və tədbirlərin görülməsi;
- Maraqlı tərəflərdən gələn problemlərə bağlı sorğuların vaxtında həll edilməsi və texniki qruplarla sıx əməkdaşlıq edilməsi;
- Layihə meneceri tərəfindən tapşırıqların vaxtında icrasının təmin edilməsi;
- Görülən işlərin statusu barədə layihə menecerinə mütəmadi məlumatların və hesabatların təqdim edilməsi.
- Tərəfdaş qurumların sistemlərinin API vasitəsilə inteqrasiyası və qeydiyyat proseslərinin icrası;
- API sənədlərinin (OpenAPI, Swagger, Postman və s.) texniki uyğunluğunun yoxlanılması və təhlili;
- API açarlarının (access token, client ID, secret və s.) yaradılması, ötürülməsi və təhlükəsiz şəkildə idarə olunması;
- API sınaqlarının aparılması, nəticələrin sənədləşdirilməsi və texniki hesabatların hazırlanması;
- Məlumat axınının fasiləsiz və təhlükəsiz aparılması üçün sistemlərarası inteqrasiya proseslərinə nəzarət və texniki dəstək;
- API sorğularının monitorinqi, performans və uyğunluq problemlərinin təhlili və aidiyyəti texniki komanda ilə birgə həlli;
- Gündəlik texniki və əməliyyat fəaliyyətlərinin yerinə yetirilməsi, texniki sənədlərin işlənməsi və arxivləşdirilməsi.