S

IT Specialist

01-05-2025

347

Təsvir

Bütün kompüter avadanlığı təminatının istismarına rəhbərlik və nəzarət edilməsi, bütün sistemlərin işləməsinin və düzgün quraşdırılmasının təmin edilməsi, və kompüter avadanlığı təminatına xidmət göstərilməsi üzrə başlıca əlaqə rolunu oynamaq

· Bütün sistemlərin lazımi texniki xidmət müqavilələri ilə təchiz edilməsinin təmin edilməsi və tələbə əsasən, profilaktik təmirin yerinə yetirilməsinin təmin edilməsi

· Mehmanxananın səmərəliliyinin təkmilləşdirilməsinə xidmət edə biləcək sistemlərdən və texnologiyadan davamlı olaraq xəbərdar olmaq, o cümlədən, amma bununla məhdudlaşmayan:

o Kompüter avadanlığı təminatı sistemləri və cihazları, o cümlədən Personal Kompüter Yerli Şəbəkə texnologiyası.

o Proqram təminatı əməliyyat və xidmətçi proqram sistemləri.

o Front-ofis və Debitorlar üzrə Əmlak İdarəetmə Sistemləri.

o Front-ofis Əmlak İdarəetmə Sistemləri və digər sistemlərin əlaqələndirilməsi.

o Arxa Ofis Uçot və Hesabat Sistemləri.

o Personal Kompüter və Yerli Şəbəkə üzərində qurulmuş Ofis Avtomatikləşdirmə məhsulları.

o Daxili və Xarici Elektron Poçt / Faks / Skanner proqram və kommunkasiya servis proqramları.

o Holidex Plus / Priority Club / Six Continents Club / Frequent Flyer Corporate məlumatlar bazası.

o Alqı-satqı aparılan yerdə ödənişlərin aparılması üçün terminallar sistemi.

o Qonaqların və Müdiriyyətin Səsli Poçtları.

o Telefon zənglərinin qeydə alınması.

o ATS sistemləri.

o Kabellərin çəkilişi.

o Hab (şəbəkə özəyi)/ Sviç (kommutator) İdarəetmə Sistemləri.

o Elektron Qapı Kilidləmə Kompüter Sistemi.

o Kompüterin virusdan qorunması.

o Mehmanxana İT Təhlükəsizliyi və Şəbəkələrarası Müdafiə Sistemi

· Müdirə cari işlər haqqında aylıq yazılı hesabatın təqdim edilməsi, nüsxələri şöbə rəhbərlərinə

Tələblər

Regional İT Müdirinin təqdim etdiyi Mehmanxana və Maliyyə Sistemi Təhlükəsizliyi Təlimatlarına və materiallarına əsasən, sistemlərin “özünü-audit“inin, təhlükəsizlik və fövqəladə proseduralarının aparılması.

· Bütün kompüter ilə əlaqəli xarici şirkətlərlə başlıca əlaqə rolunu oynamaq

· Sistemə yeni funksiyalar və dəyişikliklər şöbələrə təsir göstərəndə şöbə rəhbərlərinə məlumat verilməsi

· Kompüter ilə əlaqəli cari məsələlər, yeni versiyalar, İİS tendensiyaları, viruslar və s. haqqında şöbə rəhbərlərinə məlumat verilməsi.

· Xüsusi mehmanxana tələbatlarının ödənilməsi üçün tətbiqi proqramların və yaxud təkmilləşdirilmiş proqramların satın alınmasının əlaqələndirilməsi, bu tətbiqi proqramlar korporativ ofisin təyin etdiyi mövcud standartlara daxil olmadığı halda.

Vakansiya haqqında

Son tarix

June 10, 2025

Paylaşılıb

may 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik