İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Ana səhifə
/
/
/
Rəqəmsal hökumət üzrə aparıcı biznes analitik

Rəqəmsal hökumət üzrə aparıcı biznes analitik

Bu gün

13

Təsvir

Rəqəmsal hökumət üzrə biznes analitik dövlət qurumları ilə həyata keçirilən rəqəmsal transformasiya təşəbbüslərində biznes analizi fəaliyyətlərinin aparılmasına dəstək göstərəcək. Vəzifənin əsas məqsədi mürəkkəb biznes və idarəetmə problemlərini anlamaq, istifadəçi və təşkilati ehtiyacları müəyyən etmək və bu ehtiyacların proses, xidmət, məlumat və texnologiya baxımından daha effektiv həllərə çevrilməsinə kömək etməkdir.

Əməkdaş dövlət qurumlarının və digər maraqlı tərəflərin nümayəndələri, proses sahibləri və texniki mütəxəssislərlə əməkdaşlıq edərək dəyişiklik üçün imkanları müəyyən edəcək və qərarverməni dəstəkləyən analitik nəticələr hazırlayacaq.


Əsas vəzifələr

  • dövlət qurumlarının mövcud proseslərini, xidmətlərini və fəaliyyət modellərini araşdırmaq, problemləri, kök səbəbləri və inkişaf imkanlarını müəyyən etmək;
  • müsahibələr, işçi görüşlər və workshop-lar vasitəsilə biznes, istifadəçi və digər maraqlı tərəflərin ehtiyaclarını toplamaq, təhlil etmək, dəqiqləşdirmək və prioritetləşdirmək;
  • mövcud və hədəf vəziyyəti təhlil etmək, AS-IS və TO-BE proses modellərini hazırlamaq və proseslərin sadələşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər formalaşdırmaq;
  • müəyyən edilmiş problemlərin həlli üçün mümkün alternativləri araşdırmaq, onların fayda, risk, təsir, asılılıq və həyata keçirilmə imkanlarını müqayisə etmək;
  • biznes və istifadəçi ehtiyaclarını aydın və icra edilə bilən tələblərə, proses dəyişikliklərinə, tədbirlərə və gözlənilən nəticələrə çevirmək;
  • rəqəmsal xidmət və təşəbbüslərin istifadəçi ehtiyaclarına, təşkilati məqsədlərə və ümumi rəqəmsal inkişaf istiqamətlərinə uyğunluğunu qiymətləndirmək;
  • dəyişikliklərin proseslərə, istifadəçilərə, təşkilati rollara, məlumatlara və mövcud sistemlərə mümkün təsirlərini təhlil etmək;
  • dövlət qurumlarından daxil olan hesabat və monitorinq məlumatlarının strukturlaşdırılması, göstəricilərin vahid tərif və təsnifatlarının formalaşdırılması və məlumatların müqayisə edilə bilən şəkildə təşkil olunmasına dəstək göstərmək;
  • məlumat ehtiyaclarını, məlumat mənbələrini, göstəricilər arasındakı əlaqələri və məlumat keyfiyyəti ilə bağlı məhdudiyyətləri müəyyən etmək;
  • biznes və texniki tərəflər arasında ortaq anlayış yaratmaq, biznes ehtiyaclarının informasiya sistemləri, məlumat mübadiləsi və inteqrasiya imkanları ilə uyğunlaşdırılmasına dəstək göstərmək;
  • təhlilin nəticələrini rəhbərlik və digər maraqlı tərəflər üçün aydın analitik sənəd, proses modeli, təqdimat və tövsiyələr formasında təqdim etmək;
  • multidissiplinar komandalarla əməkdaşlıq edərək qəbul edilmiş dəyişikliklərin və həllərin gözlənilən biznes və istifadəçi nəticələrini təmin etməsinə dəstək göstərmək.


Tələblər

Təhsil və iş təcrübəsi

  • Dövlət idarəçiliyi, biznesin idarə edilməsi, iqtisadiyyat, informasiya sistemləri, informasiya texnologiyaları, mühəndislik, rəqəmsal transformasiya və ya digər əlaqəli sahə üzrə ali təhsil;
  • biznes analitikası, rəqəmsal transformasiya, proseslərin təhlili və təkmilləşdirilməsi, konsaltinq, dövlət idarəçiliyi, rəqəmsal xidmətlərin inkişafı və ya əlaqəli istiqamətlər üzrə minimum 2 il iş təcrübəsi;
  • dövlət sektoru, dövlət xidmətləri və ya iri təşkilati/rəqəmsal transformasiya layihələri üzrə iş təcrübəsi üstünlükdür.


Bilik və bacarıqlar

  • mürəkkəb biznes problemlərini araşdırmaq, problemi və onun kök səbəblərini müəyyən etmək və əldə olunan məlumatları strukturlaşdırmaq bacarığı;
  • biznes və istifadəçi ehtiyaclarının müəyyən edilməsi, təhlili, dəqiqləşdirilməsi və prioritetləşdirilməsi üzrə praktiki bilik;
  • biznes proseslərinin təhlili, proses xəritələrinin hazırlanması və AS-IS / TO-BE modelləşdirilməsi bacarığı;
  • BPMN və ya digər proses modelləşdirmə yanaşmaları barədə bilik;
  • müxtəlif həll variantlarını fayda, risk, təsir, məhdudiyyət və həyata keçirilmə imkanları baxımından müqayisə etmək və əsaslandırılmış tövsiyələr hazırlamaq bacarığı;
  • rəqəmsal hökumət, dövlət xidmətlərinin rəqəmsal transformasiyası və istifadəçi yönümlü xidmətlərin əsas prinsipləri barədə anlayış;
  • informasiya sistemlərinin əsas işləmə prinsipləri, məlumat axınları, sistemlərarası inteqrasiya, API və məlumat mübadiləsi barədə konseptual anlayış;
  • biznes ehtiyacları ilə texnoloji həllər arasında əlaqəni müəyyən etmək və texniki və qeyri-texniki mütəxəssislər arasında effektiv kommunikasiya qurmaq bacarığı;
  • keyfiyyət və kəmiyyət məlumatlarından istifadə etməklə problem və tendensiyaları müəyyən etmək və qərarverməni dəstəkləyən nəticələr formalaşdırmaq bacarığı;
  • müxtəlif səviyyəli maraqlı tərəflərlə müsahibə, workshop və işçi müzakirələr aparmaq, fərqli ehtiyacları uzlaşdırmaq və razılaşmaya nail olmaq bacarığı;
  • analitik sənədlər, biznes tələbləri, proses modelləri, qısa analitik arayışlar və rəhbərlik üçün təqdimatlar hazırlamaq bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, İngilis dilində peşəkar mənbələrlə işləmək və işgüzar kommunikasiya bacarığı;
  • Microsoft Excel, PowerPoint və Word proqramlarında sərbəst işləmək bacarığı.
  • Qanunvericilik, normativ-hüquqi aktlar, dövlət proqramları və digər tənzimləyici sənədləri təhlil etmək, onlardan irəli gələn tələbləri biznes qaydalarına, proses addımlarına, məlumat ehtiyaclarına və funksional tələblərə çevirmək bacarığı;
  • Rəqəmsal transformasiya üzrə yol xəritələrinin hazırlanması və təhlili, təşəbbüslərin prioritetləşdirilməsi, tədbirlər, nəticələr, KPI-lər, risklər, asılılıqlar və icra üçün zəruri ilkin şərtlərin müəyyən edilməsi bacarığı;
  • Planlaşdırılan rəqəmsal təşəbbüslərin biznes proseslərinə, dövlət xidmətlərinə, məlumat mübadiləsinə, təşkilati struktura, mövcud informasiya sistemlərinə və normativ çərçivəyə potensial təsirini qiymətləndirmək bacarığı;
  • Rəqəmsal hökumət və dövlət sektorunun rəqəmsal transformasiyasının əsas konsepsiya və prinsipləri, o cümlədən digital by design, user-centred services, once-only principle, interoperability, data-driven government və government as a platform yanaşmaları barədə bilik;
  • Rəqəmsal transformasiyanı yalnız texnoloji dəyişiklik kimi deyil, proses, məlumat, qanunvericilik, təşkilati struktur və idarəetmə dəyişikliklərini birlikdə əhatə edən kompleks transformasiya kimi təhlil etmək və uyğun tövsiyələr formalaşdırmaq bacarığı.


Vakansiya haqqında

Son tarix

October 2, 2026

Paylaşılıb

sentyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə