Mətanət A Şirkətlər Qrupu

Fəhlə (Paketləmə sahəsi)

Bu gün

6

Təsvir

  • İstehsaldan çıxan hazır məhsulların təyin olunmuş qaydada qutulara, kisələrə və ya torbalara düzgün şəkildə yerləşdirilməsi;
  • Paketlənmiş malların skotçlanması, streç plyonka ilə sarınması və paletlərin (altlıqların) üzərinə devrilməyəcək şəkildə səliqə ilə yığılması;
  • Paketləmə prosesi zamanı məhsullarda gözlə görünən hər hansı qüsur və ya zədə olduqda, həmin malların ayrılması və rəhbərliyə məlumat verilməsi;
  • Qutulara qoyulan məhsulların sayının və çeşidinin düzgünlüyünə diqqət edilməsi, sifarişə uyğun komplektləşdirilməsi;
  • Paketlənmiş hazır məhsulların anbar daxilində müvafiq sahələrə daşınması və yerləşdirilməsi;
  • Gün ərzində işlədiyi sahənin (paketləmə masasının, avadanlıqların və ətrafın) təmiz, səliqəli və işə hazır vəziyyətdə saxlanılması;
  • Müəssisədaxili intizam, əmək və təhlükəsizlik qaydalarına ciddi riayət olunması.

Tələblər

  • Təhsil: Orta;
  • Yaş həddi: 18-50;
  • Fiziki cəhətdən sağlam, dinamik (çevik) və iş rejiminə uyğun olaraq gün ərzində aktiv və ayaqüstü iş mühitində rahat işləyə bilən;
  • Görülən işin keyfiyyətinə, paketlənən malların zədələnməməsinə və sayının düzgünlüyünə qarşı yüksək məsuliyyət hissi;
  • Birbaşa rəhbərlik tərəfindən verilən gündəlik iş planını, istehsalat və paketləmə tapşırıqlarını vaxtında, nöqsansız və təlimatlara uyğun yerinə yetirmək bacarığı;
  • İş qrafikinə və növbə vaxtlarına ciddi riayət edilməsi, müəssisədaxili intizam və daxili qaydalara qeyd-şərtsiz əməl olunması;
  • İstehsalat və anbar personalı ilə sıx əməkdaşlıq etmək, kollektiv daxilində yardımsevər və qarşılıqlı hörmət prinsipləri ilə çalışmaq;
  • İş prosesini, məhsul çeşidlərini və paketləmə qaydalarını qısa müddətdə öyrənmək və tətbiq etmək qabiliyyəti.


İş şəraiti:

  • İş yeri: Azvul Zavodu (Qaradağ rayonu, Bakı-Salyan şossesi, 47-48 km, Cənub-Şərq hissəsi).
  • İş qrafiki: 6 gün;
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: Razılaşma yolu ilə.



Vakansiya haqqında

Son tarix

July 25, 2026

Paylaşılıb

iyun 25, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər