Xüsusi paltar, ayaqqabı və digər fərdi müdafiə vasitələri almaq;
Daxili intizam, Əməyin mühafizəsi,yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
İş rəhbərinin göstərişlərini həyata keçirmək;
Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
Operator maşınları fasiləsiz pambıqla təmin etmək;
Avadanlığı işə başlatmazdan öncə ətrafdakıları səs və siqnal qurğuları vasitəsi ilə xəbərdar etmək;
Alət və qurğuları ancaq öz təyinatları üzrə istifadə etmək;
Yanğın təhlükəsi yarandığı zaman avadanlıqları saxlamaq, ventilyatorların hava klapanlarını bağlamaq və hadisə barədə iş rəhbərinə dərhal məlumat vermək;
Nasaz avadanlıqda və ya nasaz alətlərlə həmçinin qoruyucu qurğular və çərçivələr olmadıqda işləməmək və nasazlıq haqqında iş rəhbərinə məlumat vermək;
Mişarlı və barmaqlı barabanlara daim nəzarət etmək, tıxaclanma zamanı xüsusi qarmaqlardan istifadə etmək;
Rəhbərliyin təyin etdiyi digər işləri icra etmək.
Tələblər
Təmizləyici operator olaraq minimum 1 il iş təcrübəsi;
Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarını bilməlidir;
İstehsalatın texniki hazırlığı barəsində məlumatlı olmalı, avadanlıqlara pambıq ötürülməsinin dayandırılmalı olduğunu dərhal bilməli.