Şirkət tərəfindən həyata keçirilən IT layihələrinin gündəlik monitorinqini həyata keçirmək;
Layihə fəaliyyətlərinin təsdiq edilmiş iş planına, vaxt qrafikinə və müəyyən edilmiş hədəflərə uyğun icrasına nəzarət etmək;
Layihə çərçivəsində aparılan sahə işlərində iştirak etmək və görülən işlərin icra vəziyyətini izləmək;
Video monitorinq sistemləri vasitəsilə layihə əhatəsində olan ərazilərdə nəqliyyat axınının və əməliyyat proseslərinin fasiləsiz izlənilməsini təmin etmək;
Layihə çərçivəsində quraşdırılmış kamera sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək, görüntü keyfiyyətini mütəmadi olaraq yoxlamaq və aşkarlanmış nasazlıqların aradan qaldırılması prosesini koordinasiya etmək;
Kamera görüntülərində yaranan texniki nasazlıqları, yayınmaları və görüntü keyfiyyəti problemlərini vaxtında aşkar etmək;
Aşkarlanmış nasazlıqları, riskləri və uyğunsuzluqları qeydiyyata almaq, aidiyyəti struktur bölmələri operativ şəkildə məlumatlandırmaq və həll prosesini izləmək;
Quraşdırılmış monitorinq sistemlərinin və avadanlıqların stabil və fasiləsiz fəaliyyətinə nəzarət etmək;
Layihələrin icrası zamanı yaranan gecikmələri, riskləri və potensial problemləri müəyyən etmək və aidiyyəti şəxslərə vaxtında məlumat vermək;
Sahə komandaları, podratçılar və aidiyyəti struktur bölmələr arasında koordinasiyanı təmin etmək;
Layihə üzrə görülmüş işlərin müəyyən edilmiş texniki tələblərə, prosedurlara və keyfiyyət standartlarına uyğunluğunu izləmək;
Layihə mərhələləri üzrə icra göstəricilərini izləmək, məlumatları təhlil etmək və müvafiq hesabatlar hazırlamaq;
Layihə sənədlərinin, monitorinq qeydlərinin, icra aktlarının və hesabatların düzgün aparılmasını təmin etmək;
Monitorinq nəticələrinə əsasən təkmilləşdirmə təklifləri hazırlamaq və rəhbərliyə təqdim etmək;
Layihə üzrə istifadə olunan avadanlıq və resursların vəziyyətini izləmək, onların qorunmasına və düzgün istismarına nəzarət etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və gigiyena qaydalarına riayət etmək;
Müxtəlif lokasiyalarda layihələrin monitorinqini həyata keçirməyə və ezamiyyətlərdə iştirak etməyə hazır olmaq.
Tələblər
İnformasiya texnologiyaları, telekommunikasiya, layihələrin idarə olunması və ya əlaqəli sahələr üzrə ali, peşə və ya orta ixtisas təhsili;
IT layihələrinin icrası, monitorinq sistemləri və ya texniki layihələrin koordinasiyası sahəsində minimum 2 il iş təcrübəsi;
Layihələrin idarə olunması və monitorinq prinsipləri üzrə biliklər;
IP CCTV, NVR, video analitika, LIDAR və digər monitorinq sistemləri üzrə iş təcrübəsi;
Zəif cərəyan sistemləri (kamera, sensor və s.) üzrə texniki biliklər;
Sistem və şəbəkə testlərinin tətbiqi üzrə təcrübə;
MS Office proqramları ilə sərbəst işləmək və hesabat hazırlamaq bacarığı;
Orta səviyyədə ingilis dili biliyi;
Analitik düşüncə, planlaşdırma, koordinasiya və problem həll etmə bacarıqları;
Yüksək ünsiyyət bacarıqları və komanda ilə işləmək qabiliyyəti;
Sürücülük vəsiqəsinin olması;
Səyahət məhdudiyyətinin olmaması və sahə şəraitində işləməyə hazır olmaq.