PASHA Bank
Ana səhifə
/
/
/
Fərdi bankçılıq üzrə satışlar şöbəsinin Tele Satış qrupun Kiçik mütəxəssisi

Fərdi bankçılıq üzrə satışlar şöbəsinin Tele Satış qrupun Kiçik mütəxəssisi

15-06-2026

202

Təsvir

-      Miles Smiles kartı başda olmaqla bankın prioritet pərakəndə məhsullarının (Özəl/Fərdi Bankçılıq məhsulları, daxili ipoteka, istehlak krediti və s.) telefon vasitəsilə satışı);

-      Depozit məhsullarının aktiv şəkildə təklif edilməsi, yeni depozit müştərilərinin cəlb olunması;

-      Mövcud müştərilərə yenilənmiş kampaniya, tarif və şərtlərlə bağlı düzgün məlumatın çatdırılması;

-      Müxtəlif kanallardan yönləndirilən müştərilərlə vaxtında əlaqə yaradılması və satış prosesinin tamamlanması;

-      Yönləndirilən müştərilərin statusu üzrə aidiyyəti strukturlarla təqibi aparmaq;

-      Müştəri sorğularını cavablandırmaq və müraciətləri aidiyyəti şöbələrə yönləndirmək;

-      Satış komandasında ehtiyac yarandıqda istehlak krediti, biznes kart və digər məhsullar üzrə sorğuların emalı və rəsmiləşdirilməsinə dəstək vermək;

-      Daxili və xarici baza müştərilərinə telefonla kampaniyaların təklifi və monitorinqi.

Tələblər

•          Təhsil: Maliyyə, İqtisadiyyat üzrə ali təhsil (bakalavr dərəcəsi);

•          Tələb olunan iş təcrübəsi:  0-2 il;

•          Xarici dillər: Rus dili və İngilis dili;

•          Kompüter bacarıqları: Microsoft Office;

•          Məhsul üzrə biliklər: Telesatış, bank məhsulları, Miles Smiles kartları, depozitlər və digər məhsullarla bağlı baza biliklərə malik olmaq;

•          Digər tələblər: Kommunikasiya, analitika və satış bacarığı.

Vakansiya haqqında

Son tarix

July 15, 2026

Paylaşılıb

iyun 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə