PASHA Bank
Ana səhifə
/
/
/
Hesab və Ödəniş, Maliyyə Texnologiyaları Sahəsinin Ekvayrinq üzrə Baş Məsul Sahibi

Hesab və Ödəniş, Maliyyə Texnologiyaları Sahəsinin Ekvayrinq üzrə Baş Məsul Sahibi

Dünən

413

Təsvir

İşiniz nədən ibarətdir?


  • Məhsulun Strategiyasının hazırlanması ən azından 12 aylıq ( maks 3 illik);
  • Məhsulun yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırılması;
  • Strategiyadan irəli gələrək xüsusi rəqəmsal məhsullar üçün məhsulun backlog-nun yaradılması və prioritetləşdirilməsi;
  • Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olunması;
  • Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq;  
  • Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq;
  • Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək;
  • Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq;
  • Hesab və Ödəniş, Maliyyə Texnologiyaları komandasında Sahənin strategiyasına çatmasına dəstək göstərmək və daha geniş imkanların dəyərləndirilməsini aparaq;
  • Təşkilat daxilində həll yollarını asanlaşdırır; Məhsul strategiyasına uyğun həlləri prioritetləşdirmək və təqdim etmək üçün hüquq, risk, əməliyyat, marketinq və digər komandalarla əməkdaşlıq edir;
  • Bazar araşdırması edir və məhsulun rəqabət qabiliyyətini artırmaq və istifadəni artırmaq üçün imkanları müəyyənləşdirir;
  • Agile mərasimlərinin keçirilməsi üçün Agile Kouç ilə əməkdaşlıq edir: sprint planlaşdırılması, demo görüşlər, retrospektivlər və s.;
  • Texniki həlləri və onların müştərinin ehtiyaclarına necə dəstək göstərdiyini başa düşülməsi;
  • Məhsulla əlaqəli yenilikləri dəqiq və vaxtında çatdırmaq üçün maraqlı tərəflərlə kommunikasiya;
  • Maraqlı tərəflərə məhsul ilə bağlı təqdimatların təşkili, təlim materiallarının, broşuraların, təlimatların hazırlanması;
  • Marketinq funksiyası ilə tandemdə məhsul təşviqi tədbirlərinin hazırlanması.


Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: Ali təhsili
  • Tələb olunan iş təcrübəsi: 3 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə
  • Xarici dillər: İngilis , rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Digər bacarıqlar: Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı;
  • Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Konfliktlərin idarəedilməsi;
  • Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;


Vakansiya haqqında

Son tarix

October 4, 2025

Paylaşılıb

avqust 25, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə