
-Gəlirlilik hesabatlarının təqdim edilməsi bank məhsullarının, seqmentlərin, squadların və müştərilərin qiymətləndirilməsi üçün əsasdır. Təqdim edilən hesabatlar biznes seqmentlərə və məhsul sahiblərinə öz nəticələrini izləmək, məhsullar və ya müştərilərlə bağlı faktiki nəticələrə əsaslanan qərarlar vermək prosesinə töhfə verir. Bu hesabatların hazırlanması üçün gəlir və xərclərin Fəaliyyət Əsaslı (Activity Based Costing) bölüşdürülməsi metodologiyasının tətbiq edilməsi;
-Məhsulun təhlilində fəal iştirak etmək, biznes keyslərin qiymətləndirilməsi üçün vacib məlumatların təqdim edilməsi;
-Biznes seqmentlər və squadlar üçün ƏFG-lərin faktiki nəticələrinin ölçülməsi üçün hesabatlar təqdim etmək;
-Bankın İllik və Strateji ƏFG-lərinin haqqında dəqiq və vaxtında məlumatın təqdim edilməsi;
-İdarəetmə hesabatlarını təqdim etmək üçün Bank daxilində Tableau kimi qabaqcıl BI alətlərinin tətbiq edərək yuxarı menecment və biznes seqmentlərinin ehtiyacları üçün fərdiləşdirilmiş mürəkkəb qrafik və vizuallardan istifadə edərək hesabatlar hazırlanması. Bundan əlavə, monitorlar, televizorlar, planşetlər və mobil cihazlarda istifadə üçün uyğunlaşdırılmış hesabatlar hazırlamaq;
-Biznesin təkmilləşdirilməsi və gəlirliliyi təmin etmək üçün Data Science komandası tərəfindən hazırlanmış use case-lər üçün məlumatların müəyyən edilməsinə dəstək olmaq və faktiki nəticələrin yenidən hesablamaq. Bundan əlavə, use case-lər üzrə ƏFG-ləri hesablamaq və avtomatlaşdırmaq, həm bankın, həm də PAŞA Maliyyə Holdinq Data Governance komandalarına faktiki nəticələri çatdırmaq;
-Bankın kart biznesinə görə Kapital Bankla aparılan hesablaşmalar üçün faktiki nəticələrin təqdim edilməsi;
-Hər bir əməliyyat üçün “Interchange” gəlir və xərclərinin hesablanmasında iştirak etmək.
-Bankın kredit qabiliyyətini qiymətləndirmələri üçün üçüncü tərəf reytinq agentliklərinə (Standard & Poor's və Fitch) ətraflı hesabatlar və məlumat paketləri təqdim etmək. Həmçinin konsaltinq şirkətlərinə (McKinsey və Boston Consulting Group) məlumatlar, təhlillər və bankın məhsulları ilə bağlı maliyyə və qeyri maliyyə məlumatları təqdim etmək;
-Həm Tənzimləyici Hesabatlılıq Şöbəsinə, həm də Struktur Bölmələrə Məlumat Dəstəyi Qrupuna dəstək vermək;
-Struktur Bölmələrə Məlumat Dəstəyi Qrupu tərəfindən ilk olaraq alınan, lakin İdarəetmə Hesabatlılıği Şöbəsinin təcrübəsini tələb edən gəlirliliklə bağlı sorğuların cavablandırmaq. Bundan əlavə, tənzimləyici hesabatların avtomatlaşdırılmasına töhfə vermək.
Son tarix
July 29, 2026
Paylaşılıb
iyun 29, 2026
Vakansiya növü
Tam ştat

İrşad ● Biləsuvar, Azərbaycan
04-06-2026
1K

Baku Holiday Travel ● Bakı, Azərbaycan
11-06-2026
794

PASHA Bank ● Bakı, Azərbaycan
Bu gün
13

PASHA Bank ● Bakı, Azərbaycan
Bu gün
15