PASHA Bank
Ana səhifə
/
/
/
Komplayns ve AML Departamentinin Tənzimləyici normativlərə uyğunluğun idarə edilməsi Qrupunun Rəhbəri

Komplayns ve AML Departamentinin Tənzimləyici normativlərə uyğunluğun idarə edilməsi Qrupunun Rəhbəri

  • PASHA Bank
  • 13 Yusif Məmmədəliyev, Bakı 1005, Azərbaycan
  • Tam ştat

01-10-2024

5.3K

Təsvir

Əsas vəzifə öhdəlikləri:

 

  • Bankın fəaliyyətinin tənzimləyici orqanların tələblərinə uyğun olmasını təmin etmək və bu prosesə nəzarət etmək;
  • Tənzimləyici normativ hüquqi aktların tələblərinə uyğunluğun yoxlanılması prosesinin qurulmasını və müvafiq monitorinqlərini təşkil etmək;
  • Nəzarət orqanını qaydalarında baş verən dəyişikliklərin təfsilatlı təhlil və Bankda tətbiqi tədbirlərin həyata keçirilməsi prosesini idarə etmək;
  • Komplayns riskləri (bankın qanunvericiliyə və maliyyə bazarlarını tənzimləyən hüquqi aktların tələblərinə riayət etməməsi nəticəsində üzləşə biləcəyi təsir tədbirləri və sanksiyalar, maliyyə itkiləri və ya nüfuzunun itirilməsi riski) üzrə tələbləri təmin etmək;
  • Bankın təklif etdiyi məhsulların və xidmətlərin nəzarət orqanının tələblərinə uyğun olub olmaması yoxlanılmasının idarə edilməsi və uyğunluğun təmin edilməsinə nəzarət;
  • Bankın fəaliyyətindən irəli gələn tədbirlərin (hesabatlıqlar və digər öhdəliklərin) nəzarət orqanının tələblərinə uyğun olub olmamasının yoxlanılması və uyğunluğunu təmin etmək;
  • Proseslərin, daxili qaydaların, məhsul pasportlarının nəzarət orqanının tələblərinə dair uyğunluğu ilə bağlı monitorinqi qurmaq;
  • Aşkarlanmış risklər və çatışmazlıqlar barədə, habelə onların aradan qaldırılması üzrə tədbirlər barədə dövri əsasda hesabatları təqdim etmək və bu prosesə nəzarəti həyata keçirmək;
  • Nəzarət orqanlarının yoxlaması nəticəsində yaranan çatışmazlıqların aradan qaldırılması üzrə işlərin aparılmasına nəzarət;
  • Komplayns ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyanı təşkil etmək;
  • Nəzarət orqanlarının yoxlaması zamanı müəyyən edilmiş və aradan qaldırılmış aşkarlamalar ilə bağlı tədbirlərin adekvat olması və işlək olması ilə bağlı monitorinqləri aparmaq;
  • Nəzarət orqanını qaydalarında baş verən dəyişikliklərin təfsilatlı təhlilinin təşkil edilməsi və Bankda tətbiqi tədbirləri təmin etmək;
  • Tənzimləyici normativlərin tələblərinə dair Bankın strukturlarında və rəhbərlikdə yaranan sualları araşdırmaq və cavablandırmaq;
  • Aşkarlanmış və bankın dayanıqlılıq göstəricilərinə mənfi təsir edəcək risklər və çatışmazlıqlar barədə, habelə onların aradan qaldırılması üzrə görülmüş və (və ya) görüləcək tədbirlər barədə Mərkəzi Bankı məlumatlandırmaq üçün hesabatı hazırlamaq;
  • İdarə Heyətinə dövri əsasda təqdim edilməsi üçün pozuntular nəticəsində əhəmiyyətli komplayens riskləri baş verdiyi halda isə növbədənkənar əsasda hesabatları hazırlamaq;
  • İşçi heyətinə rəhbərlik etmək, davamlı təlim və inkişaf etdirmək;
  • Qrupa rəhbərlik etmək, əməkdaşların rəhbərliyi prosesində direktora təkliflər vermək və köməklik göstərmək;
  • İşin məhsuldarlığı və xidmətin keyfiyyəti məqsədi ilə digər struktur bölmələr ilə müntəzəm koordinasiya, kommunikasiya etmək və/və ya komanda problemlərini həll etmək;
  • Digər əməkdaşları cari işlərinə müvafiq rəy, təklif, fikir, istiqamət və/və ya hesabatlılıq ilə təmin etmək;
  • “Müştəri - xidmət” problemlərinin həll edilməsini şəxsi öhdəliyinə götürmək və nəzarətini həyata keçirmək.

Tələblər

  • Təhsil: İqtisadiyyat, hüquq və ya digər uyğun sahədə ali təhsil (bakalavr);
  • Tələb olunan iş təcrübəsi: minimum 3 il;
  • Lisenziya / Sertifikat: Nəzarət, audit, compliance sahələrində beynalxalq sertifikatlar üstünlükdür;
  • Xarici dillər: İngilis (səlis);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Bank məhsullarını və xidmətlərini dərindən bilməsi;
  • Bazar üzrə biliklər: Nəzarət orqanlarının tələbləri ilə bağlı dərin biliklər.


Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

oktyabr 1, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə