PASHA Bank
Ana səhifə
/
/
/
Marketinq departamentinin UI/UX 1 funksional sahəsinin Kiçik dizayneri (Müvəqqəti)

Marketinq departamentinin UI/UX 1 funksional sahəsinin Kiçik dizayneri (Müvəqqəti)

Bu gün

120

Təsvir

İşiniz nədən ibarətdir?


  • Baş mütəxəssislər tərəfindən verilən dizayn tapşırıqlara diqqətlə yerinə yetirmək;
  • İstifadəçilərin və müştərilərin istifadə təcrübələrini öyrənmək, anketlər, müşahidələr və fokus qrupları vasitəsilə verilənləri toplamaq. Bu məlumatları analiz edərək istifadəçilərin ehtiyaclarını və problemlərini müəyyən etmək;
  • İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq (veb saytlar, mobil tətbiqlər və digər rəqəmsal interfeyslər üçün şablobların, elementlərin yaradılması);
  • Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq (rənglər, fontlar və digər vizual elementlər üzərində işləmək);
  • Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq (geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq);
  • PAŞA Bank-ın Dizayn sistemindən istifadə etmək, yeni komponentlər yaratmaq;
  • Məhsul, marketinq, IT, hüquq və digər əlaqəli departamentlərlə yaxın işləmək. Ümumi məqsədləri və layihə tələblərini qarşılamaq üçün effektiv kommunikasiya və koordinasiya bacarıqlarını nümayiş etdirmək;
  • İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq;
  • Məhsulun hazırlanma prosesində komandada olan mühəndislərlə sıx əlaqədə olaraq onun müştərilərə mükəmməl şəkildə təhvil verilməsinə nəzarət etmək;
  • Agile metodologiyası haqqında məlumatı və təcrübəsi olmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.


Tələblər

Sizdən nə tələb olunur?


  • Tələb olunan iş təcrübəsi: Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 1 ildən artıq/ Agile metodologiyası ilə işin qurulması bilikləri olması üstünlükdür.
  • Texniki səriştələr: Texnoloqiyalar vasitəsi ilə keyfiyyətli məhsullar və biznes həllərin yaradılması təcrübəsi; Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər; İnterfeyslər, veb-saytlar, mobil tətbiqetmələr və adaptiv dizayna ail dizayn işlərinə daha çox önəm verilir; Vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Sketch, və digər digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi; Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə.
  • Xarici dillər: İngilis dili (orta səviyyə)

Vakansiya haqqında

Son tarix

November 25, 2025

Paylaşılıb

oktyabr 16, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə