PASHA Bank
Ana səhifə
/
/
/
Zaqatala filialında Müştəri Xidmətləri qrupununun Assistenti (Müvəqqəti)

Zaqatala filialında Müştəri Xidmətləri qrupununun Assistenti (Müvəqqəti)

Bu gün

268

Təsvir

  • Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
  • Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
  • Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımı tədbirlərin görülməsi;
  • Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və standartların ən yüksək səviyyəsində icrasının təmin edilməsi;
  • Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımi prosedurların icrası;
  • İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğun təmin edilməsi;
  • Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi;
  • Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
  • Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
  • Ehtiyac olduqda filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
  • Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi;
  • Filial rəhbəri və Filial koordinatoru tərəfindən təyin olunmuş tapşırıq və layihələrin planlaşdırılması;
  • Bank standartlarına uyğun məktubların hazırlanması, Filiala əlaqəli məktubların qəbulu və göndərilməsi;
  • Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatının təmin edilməsi.


Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili;
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): müvafiq sahə üzrə minimum 0-1 il;
  • Dil bilikləri: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə);
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word);
  • Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri. 


Vakansiya haqqında

Son tarix

November 25, 2025

Paylaşılıb

oktyabr 16, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə