Pasha Malls
Ana səhifə
/
/
/
Əməliyyat üzrə menecer

Əməliyyat üzrə menecer

  • Pasha Malls
  • 153 Neftçilər Prospekti, Bakı 1010, Azərbaycan
  • Tam ştat

23-08-2024

2.1K

Təsvir

  • Ticarət mərkəzinin fiziki idarə edilməsi ilə yanaşı, onun mühafizə, təhlükəsizlik, təmizlik işlərinin idarə edilməsi, bina və avadanlıqların saxlanılması daxil olmaqla ümumi əməliyyat məsələləri ilə məşğul olmaq;
  • İcarəçilərin və müştərilərin bütün tələblərinə cavab vermək üçün ticarət mərkəzində gündəlik əməliyyatları ən yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla idarə etmək;
  • Əməliyyat üzrə menecerlərin müavinlərini, təhlükəsizlik və təmizlik xidmətinin əməkdaşlarını, eləcə də onlar ilə çalışan üçüncü tərəf işçi heyəti də daxil olmaqla, bütün əməliyyat komandasının monitorinqini, yüksək məhsuldarlığı təmin etmək üçün inkişafını və auditini həyata keçirmək;
  • Performansın idarə edilməsi məqsədi ilə, əsasən təmizlik və təhlükəsizlik qrupları üzvləri üçün olmaqla bütün əməliyyat qrupları üçün aydın və smart performans nəzarət sistemini tətbiq etmək və ona nəzarət etmək;
  • Baş ofis ilə birlikdə yeni prosedurların hazırlanmasında iştirak eləmək, icarəçilərin, xidmət provayderlərinin, podratçıların, işçilərin Ticarət Mərkəzinin əməliyyat siyasətini və prosedurlarını düzgün şəkildə yerinə yetirmələrini təmin etmək. Əməyin mühafizəsi və texniki təhlükəsizlik standartlarına riayət etmək;
  • Gündəlik yoxlamalar və vaxtaşırı profilaktika xidməti (Məsələn, təmizlik, kondisioner, işıqlandırma, əmlak və Avadanlıq) və o cümlədən, ticarət mərkəzinin sahələrinin (məsələn, avtodayanacaq, xidmət sahələri, tualetlər və ümumi istifadədə olan digər yerlər) təhlükəsizliyinə nəzarət vasitəsilə   daşınmaz əmlakın yüksək keyfiyyət standartlarını saxlamaq;
  • Ticarət mərkəzi (məsələn, sığorta, tikinti, sertifikatlar, təsdiqlər) və icarəçi (məsələn, İcarə müqavilələri, ticarət lisenziyaları, sığorta, təsdiq təsvirlər, icazələr və s) üçün qeyd və sənədlərin günəbəgün yeniləyib saxlamaq;
  • İcarəçilərə və ticarət mərkəzinin qonaqlarına yüksək keyfiyyətli xidməti təmin etmək üçün Məlumat Xidmətinə nəzarət etmək;
  • Əməliyyat üzrə menecerlərin müavinlərinin təlim və inkişafı üçün məsul şəxs olmaq;
  • Gəlirlərin idarə edilməsi, qonaqlarla əlaqə və texniki infrastruktur daxil olmaqla, fasiləsiz avtomobil dayanacaq idarəetmə sistemini təmin etmək;
  • Ticarət mərkəzinin bütün əməliyyat və kapital büdcələrinin hazırlanmasında və monitorinqində ticarət mərkəzinin menecerinə dəstək vermək;
  • Paşa Malls şirkətinin Korporativ dəyərlər, Etik normalar, Hədiyyə və Əyləncə siyasətini, eləcə də şirkətin digər siyasət və prosedurlarını dəstəkləmək və mühafizə etmək;
  • Ticarət Mərkəzinin meneceri təfərindən tapşırılmış digər işlər.



Tələblər

·       Biznesin idarəetməsi, marketinq, ticarət, idarəetmə, maliyyə və ya oxşar sahələr üzrə diplom.

·       Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq bacarığı.

·       Ms Ofis (Word, Excel, Power Point) proqramlarında işləmək bacarıqları.

·       Qonaqpərvərlik və ya qonaq(müştəri) xidmətləri sahəsində təcrübə.

·       Yaxşı qonaq xidməti və təşkilatçılıq bacarığı.

·       Şəxslərarası münasibətlər qurmaq bacarığı və bütün səviyyələrdə işçilərlə səmərəli qarşılıqlı əlaqə qura bilmək.

·       İnzibati detalları və gündəlik işləri idarə etmək bacarığı; gündəlik məsələləri müstəqil şəkildə, məsuliyyəti öz üzərinə götürərək həll etmək.

·       Güclü təşkilatçılıq bacarıqları, çoxsaylı tapşırıqları eyni zamanda yerinə yetirmək bacarığı.

·       Vaxtın düzgün idarəedilməsi bacarıqları və işi prioritetləşdirmək bacarığı.

·       Detallara diqqət və problem həll etmə bacarığı.

·       Böyük komandanın bir hissəsi kimi çalışmaq, həmçinin müstəqil işləmək bacarığına sahib olmaq.

Vakansiya haqqında

Son tarix

oktyabr 2, 2024

Paylaşılıb

avqust 23, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

İaşə, Turizm və Otel