PASHA Property Management

Təhlükəsizlik işçisi

Dünən

394

Təsvir

  • Təhlükəsizlik şöbəsinin işçiləri və rəhbərliyə məlumat verilməsi üçün qeydiyyat jurnalında təhlükəsizliklə bağlı bütün hadisələri qeyd etmək;
  • Yaşayış binaları, ofislər, dəhlizlər, gözləmə otaqları və ictimai ərazilərdə keşik çəkmək, xidmət apardığı post üzrə vəzifə təlimatını dərindən bilmək və postun vəzifə tələblərini dəqiq yerinə yetirmək;
  • Patrul xidmətində iştirak etmək, nöqsan və problemləri aşkar etmək, eyni zamanda heç bir yanğın, təhlükəsiz şəraitlər və / yaxud çatışmayan, ya da işləməyən təhlükəsizlik avadanlıqlarının olmadığına əmin olmaq;
  • Postu nəzarətsiz buraxmamaq, yatmamaq, siqaret çəkməmək və digər diqqətyayındırıcı (mobil telefon, oyun və s.) işlərə aludə olmamaq;
  • Kömək üçün hər hansı çağırışlarda iştirak etmək;
  • İşçilərin giriş qapısı, nəzarət otağı, gözətçi otağı, əsas giriş, eləcə də obyektlərin avtomobil yolu kimi təyin edilmiş postlar üçün tapşırıqlar və öhdəliklərin hər zaman peşəkar səviyyədə yerinə yetirilməsini təmin etmək;
  • Fövqəladə vəziyyətlərdə təyin edilmiş tapşırıqlara köməklik göstərmək;
  • Obyektlərdə yanğın zamanı və təxliyə prosesində təyin edilmiş öhdəlikləri yerinə yetirməyə kömək etmək;
  • Təxliyə çıxışlarının hər zaman maneəsiz olduğunu təmin etmək;
  • Hər hansı şübhəli şəxs olduqda, ona (nəzakətlə və etik qaydada) müvafiq suallar vermək; sorğu olunan şəxsin qənaətbəxş cavab vermədiyi təqdirdə, həmin şəxsin içəri daxil olmasına icazə verməmək; hər hansı problem yarandıqda, dərhal kömək üçün müraciət etmək;
  • Obyektlərin planına daxil olan hər bir element, o cümlədən suçiləmə sistemi, tüstü detektorları, yanğınla mübarizə avadanlıqları, qəza çıxışları, yanğına nəzarət otağı, yanğın indikatoru panelləri, qəza təxliyəsi, ümumi məlumatlandırma sistemləri (radioqovşaq), obyektlərdən kənarda yerləşən fövqəladə toplantı ərazisi, yanğın/ bomba təhlükəsi və təhlükəsizlik prosedurları, obyektin xidməti liftləri və təcili tibbi yardım avadanlıqlarının yerləri və iş funksiyaları haqqında məlumatlı olmaq;
  • Obyekt əmlakının ərazidən icazəsiz çıxarılmasına yol verməmək, prosedur çərçivəsində sənədəşmənin mövcudluğuna əmin olmaq;
  • Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək;
  • Əmlak təhlükəsizliyi, ilkin yardım və yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
  • Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək;
  • Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.


Tələblər

  • 20 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları;
  • Müddətli həqiqi hərbi xidmət keçmiş şəxslər;
  • Məhkumluğu olmayan şəxslər;
  • Fiziki cəhətdən sağlam şəxslər.

Vakansiya haqqında

Son tarix

July 30, 2025

Paylaşılıb

iyul 15, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri