Maliyyə və əməliyyat məlumatlarının etibarlılığını və düzgünlüyü, proseslərin qanunlara, qaydalara və müqavilələrə uyğunluğunu təmin etmək məqsədi ilə audit yoxlamaları heyata keçirtmək;
Hər bir audit yoxlaması üçün İş Proqramının düzgün hazırlanmasını təmin etmək;
İcra edilmiş audit yoxlamalarını müvafiq qaydada sənədləşdirmək;
Əsas audit tapıntılarının xülasəsini (o cümlədən əlaqəli risk, çatışmazlığın səbəbi, tövsiyə və təsdiqedici iş sənədinə istinad) hazırlayaraq müzakirə üçün qarşı tərəfə təqdim etmək;
Həyata keçirilmiş audit nəticəsində Audit Hesabatı hazırlamaq;
İşlə bağlı verilən digər tapşırıqları icra etmək.
Funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrindən və təşkilatın nəzdində olan qurumlardan zəruri olan sənədlərin və məlumatların təqdim olunmasını tələb etmək
Şirkətin və şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək
Aşkarlanan qüsurların, nöqsanların, norma və qayda pozuntularının, çatışmazlıqların aradan qaldırılmasını tövsiyə etmək
Tələblər
Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
Audit və ya maliyyə/ mühasibatlıq sahəsində 3 il müvafiq iş təcrübəsi;
Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;