PMD Group MMC
Ana səhifə
/
/
/
Tədarükçülərin idarə edilməsi üzrə təcrübəçi / assisent

Tədarükçülərin idarə edilməsi üzrə təcrübəçi / assisent

Bu gün

55

Təsvir

  • Fəaliyyət sahələri üzrə yerli və xarici bazarlarda potensial tədarükçülərin axtarışı və araşdırılmasında iştirak etmək;
  • Potensial tədarükçülərlə görüşlərin təşkili prosesinə dəstək göstərmək;
  • Yeni tədarükçülərə ixtisas uyğunluğunun qiymətləndirilməsi üçün tələb olunan sənədlərin göndərilməsində, sənədlərin vaxtında və düzgün qaydada geri toplanmasında iştirak etmək;
  • Tədarükçülər tərəfindən təqdim olunan məlumat və sənədləri müəyyən edilmiş meyarlar əsasında ilkin nəzərdən keçirmək, referansların və müqavilə sənədlərinin uyğunluğunun araşdırılmasına dəstək göstərmək;
  • Tədarükçülərin ilkin qiymətləndirilməsi üzrə məlumatları toplamaq, təhlil etmək və hesabatların hazırlanmasında iştirak etmək;
  • Qiymətləndirmə prosesindən keçmiş tədarükçülər haqqında məlumatların müvafiq məlumat bazasına daxil edilməsinə və məlumat bazasının mütəmadi yenilənməsinə dəstək göstərmək;
  • Tədarükçüləri fəaliyyət sahələri və ixtisaslaşmaları üzrə kateqoriyalara ayırmaq, məlumat bazasındakı məlumatların aktuallığını yoxlamaq;
  • Tədarükçülərin ixtisas uyğunluğunun qiymətləndirilməsi üçün təqdim etdikləri sənədlərin elektron və fiziki arxivləşdirilməsində iştirak etmək;
  • Tədarükçülərə həvalə edilmiş iş və layihələr barədə məlumatların qeydiyyatının aparılmasına, layihələrin nəticələri üzrə qiymətləndirmə məlumatlarının toplanmasına və məlumat bazasına işlənməsinə dəstək göstərmək;
  • Daxili bazarda mal-materialların qiymət tendensiyalarını izləmək, bazar araşdırmaları aparmaq, qiymət məlumatlarını toplamaq və nəticələri sistemləşdirmək;
  • Tədarükçülərlə bağlı məlumatların dəqiqliyini və tamlığını yoxlamaq, zəruri hallarda məlumatların yenilənməsi üçün müvafiq şəxslərlə əlaqələndirmə aparmaq;
  • Şöbənin gündəlik fəaliyyətində inzibati və təşkilati işlərin yerinə yetirilməsinə dəstək göstərmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.


Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə; Rus dili biliyi üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office proqramlarından istifadə bacarığı;
  • Analitik düşünmə və məlumatların təhlili bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Komandada işləmək və əməkdaşlıq bacarığı;
  • Öyrənməyə, yeni bilik və bacarıqlar əldə etməyə həvəsli olmaq.

Qeyd: Təcrübə proqramı ödənişlidir.

Vakansiya haqqında

Son tarix

October 25, 2026

Paylaşılıb

oktyabr 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak