PMD Projects MMC

Maliyyə mütəxəssisi

21-10-2024

1.4K

Təsvir

  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə hazırlanması zamanı yaxından iştirak etmək;
  • Daxili və xarici audit yoxlamaları zamanı proseslərdə yaxından iştirak etmək;
  • İllik büdcənin hazırlanmasında iştirak etmək;
  • Aylıq əsasda büdcə fakt analizi hazırlanması zamanı yaxından iştirak etmək;
  • Aylıq əsasda pul vəsaitlərinin axını hesabatının hazırlanmasında iştirak etmək;
  • Ay bağlanması prosesində iştirak etmək;
  • Əsas vəsaitlərin və mal-material qiymətlilərinin inventarizasiyasında iştirak etmək;
  • Siyasət, proses və prosedurların hazırlanması zamanı yaxından iştirak etmək;
  • Rəhbərliyə təqdim edilən aylıq, rüblük və illik hesabatların hazırlanmasında yaxından iştirak etmək;
  • Sənədləşmələrin və əməliyyatların şirkətin siyasətinə və qəbul edilmiş mühasibatlıq prinsiplərinə uyğun qaydada icra etmək;
  • Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət etmək;
  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil: Maliyyə və Mühasibatlıq sahəsində ali təhsil;
  • İş təcrübəsi :Müvafiq sahə üzrə azı 2-3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – orta;
  • Kompüter bacarıqları: MS Office, 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti;
  • Peşəkar ünsiyyət bacarığı;
  • Analitik düşüncə və problemin həll istiqamətində təşəbbüs irəli sürmək bacarığı;
  • Maliyyə və Mühasibatlıq sahəsinə aid olan beynəlxalq sertifikatlara sahib olanalara üstünlük veriləcəkdir.

Vakansiya haqqında

Son tarix

noyabr 20, 2024

Paylaşılıb

oktyabr 21, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak