Prime Cotton
Ana səhifə
/
/
/
SƏTƏMM şöbəsinin müdiri (Sabirabad)

SƏTƏMM şöbəsinin müdiri (Sabirabad)

Bu gün

17

Təsvir

  • Şirkətin SƏTƏM strategiyasına uyğun olaraq işlərin planlaşdırılması və tətbiqinə nəzarət;
  • SƏTƏM şöbəsinin, filiallar da daxil olmaqla, illik büdcəsinin hazırlanması;
  • Bütün heyət üçün Fərdi Mühafizə Vasitələrinin planlaşdırılması və lazımi filiallara çatdırılması işinin izlənilməsi;
  • SƏTƏM işi ilə bağlı şirkət üzrə boşluq analizlərinin aparılması və yaxşılaşdırmaların təmin edilməsi;
  • İşə yeni qəbul olunmuş işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq təlimatların verilməsini təmin etmək;
  • SƏTƏM şöbəsinə aid bütün audit tapıntılarının və kənar audit nəticələrinin emal edilməsi, bağlanması ilə bağlı tədbirlərin görülməsi və rəhbərliyə hesabatın təqdim edilməsi;
  • Şirkət daxilində SƏTƏM mədəniyyətinin formalaşdırılması və işçilərin koordinasiyalı şəkildə proseslərə cəlb edilməsi;
  • İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlərin hazırlanaraq həyata keçirilməsinin təşkil edilməsi;
  • Qəza/hadisələrlə bağlı araşdırmalarda iştirak etmək, həmçinin statistikanın təhlilini apararaq trendləri müəyyənləşdirmək və inkişaf planlarını təklif etmək;
  • SƏTƏM standartlarının tətbiqi və davamlı inkişaf etdirilməsi işinin təşkili;
  • Davamlı yaxşılaşdırma prosesinin aparılması üçün müvafiq tədbirlərin planlaşdırılması işinin təşkili;
  • Tullantıların idarə edilməsi prosesinin tənzimlənməsi üçün müvafiq qanunvericilik və standart tələblərinin nəzərdən keçirilməsi, aidiyyəti üzrə hesabatlılığın təyini;
  • Şirkət daxilində müvafiq ISO standartları üzrə (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 17025:2017, GOTS, NOP, ISO 14064-1:2018) proseslərdə iştirak etmək və inteqrə olunmuş idarəetmə sistemində müvafiq standartlara əsasən SƏTƏM tələblərinin dəyərləndirilməsi, mövcud standartlara uyğun proseslərin uyğunlaşdırılması;
  • Sənədləşdirilmiş məlumatların idarə olunması prosesinə uyğun olaraq, lazım gəldikdə məlumat bazasının yaradılması və mövcud məlumatların analiz edilərək prosesin inkişafı üçün girişlərin təyin edilməsi işinin koordinasiyası;
  • SƏTƏM şöbəsinə aid daxili audit prosesinin plana uyğun olaraq aparılması, xarici audit proseslərində iştirak, audit zamanı yaranan uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin planlaşdırılması və müvafiq kök səbəb analizlərinin aparılması;
  • Yerləşdiyi ərazidə SƏTƏM qaydalarının icrasına ciddi nəzarət;
  • Qanunvericiliklə bağlı müvafiq SƏTƏM proseslərinin şirkət fəaliyyətinə uyğunlaşdırılması.


Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • Könüllü Tibbi Sığorta

Tələblər

  • Müvafiq sahə üzrə bakalavr təhsili, magistr təhsili olması üstünlükdür;
  • SƏTƏM-lə bağlı yerli qanunvericilik tələblərini başa düşməli və icra etməli;
  • İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, IOSH, COSHH, NEBOSH üzrə məlumatlılıq. Sertifikatların olması üstünlükdür;
  • FHN Yanğın təhlükəsizliyi, Hadisələrin araşdırılması, Qapalı sahədə iş, Hündürlükdə iş sertifikatları;
  • Müvafiq sahələrdə ən azı 5 ildə yuxarı təcrübə, kənd təsərrüfatı sahəsində 2 il təcrübəsi;
  • Müstəqi qərar vermə, liderlik səriştələri.

Vakansiya haqqında

Son tarix

June 17, 2026

Paylaşılıb

may 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı