Prime Cotton
Ana səhifə
/
/
/
Elektrik (Biləsuvar)

Elektrik (Biləsuvar)

Bu gün

17

Təsvir

  • Elektrik mühərriklərinin təmirdən sonra sazlanması və yoxlanmasını təmin etmək;
  • Avadanlıqlarda istifadə edilən bütün elektrik hissələrinin yerini, funksiyasını bilmək və nasazlığını yoxlayıb aradan qaldırmaq;
  • Təmir olunması mümkün olan (texnoloji baxımdan) cihazların təmirini və sazlanmasını həyata keçirmək;
  • Güc və işıqlandırma sxemlərinə nəzarət etmək;
  • Elektrik sxemlərinin oxunması və təmir zamanı işin sxemlərə uyğun yerinə yetirilməsini təmin etmək;
  • Yarımstansiyanın elektrik avadanlığının, texnolji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularını yoxlanmaq və qüsurların aradan qaldırılmasını təmin etmək.


Tələblər

Təhsil və təcrübə:

  • Müvafiq sahə üzrə orta ixtisas / ali təhsil (Elektrik, Elektrotexnika, Energetika və s.);
  • Müvafiq sahə üzrə iş təcrübəsi (arzuolunandır).

Texniki bacarıqlar:

  • Elektrik mühərriklərinin təmiri, sazlanması və sınaq/yoxlama prosesləri üzrə təcrübə;
  • Avadanlıqlarda istifadə olunan elektrik hissələrinin yerini və funksiyasını bilmə, nasazlıqların diaqnostikası və aradan qaldırılması bacarığı;
  • Elektrik sxemlərini (güc və işıqlandırma sxemləri daxil olmaqla) oxuma və sxemlərə uyğun montaj/təmir işlərini icra etmə bacarığı;
  • Yarımstansiya elektrik avadanlıqları, texnoloji maşınlar, avtomatika və telemexanika cihazları üzrə anlayış və onlarla işləmək bacarığı;
  • Elektrik ölçü cihazları ilə işləmək (multimetr, meqommetr və s.) bacarığı.

Səriştə və bacarıqlar:

  • Komandada işləmə bacarığı;
  • Məsuliyyətlilik;
  • Düzgünlük;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək.


Vakansiya haqqında

Son tarix

June 17, 2026

Paylaşılıb

may 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı