Müəssisənin emal sahəsinə, müəssisə ərazisində işləyən bütün avadanlıq və aqreqatların işləməsinə tam rəhbərlik etmək, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlamaq;
Müəssisənin tədarük və emal proseslərinin ardıcıllığının pozulmamasını təmin emtək;
Emal sahəsinin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən etmək;
Emalın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin etmək;
Buraxılan məhsulların keyfiyyətinə nəzarət və yaxşılaşdırılmasını təmin etmək;
Təmir dövründə bütün avadanlıqların işlək olmasını yoxlamaq;
Texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət etmək;
Texniki sənədləşmənin vaxtında həyata keçirilməsini təmin etmək;
Növbə işinin təşkil edilməsini, növbə işçilərinin intizam qaydalarına nəzarət etməyi və SƏTƏM qaydalarına uyğun işləmələrinə nəzarət etmək;
Tabeliyində olan işçilərin seçimində iştirak etmək;
İstehsalat proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsini həyata keçirmək;
Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir.
Tələblər
Tələblər:
Təhsil - Ali
Təcrübə - 5 il
Dil Bilikləri - Azərbaycan dili
Kompüter bilikləri - MS Office və digər xüsusi proqram bilikləri
Səriştə və bacarıqlar:
Liderlik, ünsiyyət və qərar qəbuletmə bacarıqları;
Təşkilatda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları;
Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarıqları;
Texnoloji avadanlıqların iş prinsiplərini bilməlidir;
Yeni avadanlıqların iş prinsiplərini öyrənməyə açıq olmalıdır.