Prime Cotton
Ana səhifə
/
/
/
Usta (Emal sexi) Biləsuvar

Usta (Emal sexi) Biləsuvar

Bu gün

26

Təsvir

  •  İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və təmir prosesinə hazırlaşmaq;
  • Maşın, mexanizm, aqreqat və qurğuların və təmir prosesində yoxlanması zamanı qüsurları aşkar etmək və aradan qaldırmaq;
  •  Maşın,mexanizm,aqreqat və qurğulara təyin olunmuş dövriliklə texniki baxış keçirmək;
  • Kənd təsərrüfatı texnikalarının və digər aqreqatların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək;
  • Gündəlik olaraq istismar olunan maşın, mexanizm, aqreqat və qurğuların yoxlanılması və lazım olan təmir işlərini icra etmək;
  •  Təmir işlərinin ardıcıllığını planlaşdırmaq;
  • Təmir üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaq və iş yerini təmizləmək;
  • Materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; 
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək; 
  • Sexdə alətlərin saxlanılması,qəbulu və verilməsi qaydalarına ciddi nəzarət etmək;
  • Tabeçiliyində olan işçilərin fəaliyyətinə nəzarət etmək;
  • Təmir zamanı texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək.


Tələblər

  • İxtisas dərəcələrinə aid tələbləri bilmək;
  • Komanda daxilində işləmək , komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq və gərgin iş şəraitində işləmək bacarıqlarına malik olmaq;
  • Maşın, mexanizm, aqreqat və qurğuların detal və hissələrinı tanımaq, onların bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınması üzrə profilaktik tədbirləri bilmək;
  • Tabeçiliyində olan işçilərdən əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl etmələrini tələb etmək;
  • Əmək funksiyaları çərçivəsində, bütün meydana çıxan çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;
  • Bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş işin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək;
  • Əməyin təhlükəsizliyindən ötrü bu vəzifə üçün nəzərdə tutulan xüsusi geyim formalarını və təhlükəsiz iş şəraitinin yaradılmasını tələb etmək;
  • Bu vəzifə üçün nəzərdə tutulan SƏTƏM qaydaları üzrə təlimlərdə iştirak etmək.

Vakansiya haqqında

Son tarix

fevral 20, 2025

Paylaşılıb

yanvar 21, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Digər

Təhsil

Orta təhsil

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı