Avadanlığın daxili və xarici səthlərini və hərəkət mexanizmlərini hava şlankı və ya nəm əski ilə təmizləmək, valikli bəsləmə yaxınlaşdırıcısını, ölçü roliklərini, sıxma sterjenini, üst rolikləri və üst valikləri təmizləmək;
Baş vermiş qəzaların (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı bir mexanizmin sıradan çıxması) nəticələrini aradan qaldırmaq;
Diffuzorları və tüstü sensorlarını sıxılmış hava vasitəsilə təmizləmək;
Qabaqcıl təcrübələrdən və təhlükəsiz iş qaydalarından istifadə edərək vəzifə öhdəliklərini yerinə yetirmək və bunun üçün daim öz üzərində işləmək.
Tələblər
Texniki və ya tam orta təhsil;
Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək.