Fəaliyyəti həyata keçirmək üçün fermerdən və ya rəhbərlikdən müvafiq informasiyanı əldə etmək və təşkilati prosedurlara müvafiq olaraq daxil ediləcək məlumatları emal etmək;
Verilənləri daxil etməmişdən öncə onları toplamaq, çeşidləmək və düzgünlüyünü təsdiqləmək;
Əməliyyat sənədlərini və müştəri anketlərinə dair məlumatları sistemə köçürmək, daxil etmək və təsdiqləmək;
Daxil edilmiş verilənlərin tamlığını və düzgünlüyünü yoxlamaq, daxil edilmiş verilənləri mənbə sənədi ilə müqayisə etmək və səhvləri düzəltmək;
Məlumatların düzgünlüyünü təmin etdikdən sonra onları kompüterin yaddaşında saxlamaq və arxiv şöbəsinə göndərmək üçün hazırlamaq.
Müəyyən olunmuş təhlükəsizlik prosedurlarına əsasən məlumatlar bazasını yeniləmək, sistemə köçürmək, daxil etmək və təsdiqləmək.
Tələblər
Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları
Gərgin iş qrafikində işləmək və vaxtında tapşırıqları yerinə yetirmək bacarığı
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı
İstifadəsində olan ofis avadanlıqlarının təyinatını, texniki tələblərini, xüsusiyyətlərini, istifadə qaydalarını bilməlidir
Müasir məlumat emalı təcrübəsi və prosedurları haqqında biliklər
İş funksiyalarına uyğun olaraq tətbiqi proqramların istifadəsini bilmək
Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları.